Bu ölkədə yanvardan vaksinasiyaya start veriləcək
25.11.2020 15:09

İspaniya hökuməti yeni növ koronavirusa qarşı peyvəndin istifadəsinə yanvardan başlayacaq.

 

Aztibb.az xəbər verir ki, Nazirlər Kabinetinin iclasından sonra səhiyyə naziri Salvador İlla bildirib ki, 13 min xəstəxanada vaksinin tətbiqi həyata keçiriləcək. Artıq bununla bağlı plan hazırlanıb və peyvənd məcburi şəkildə həyata keçirilməyəcək.

 

“COVID-19 vaksini digər peyvəndlər kimi təhlükəsiz olacaq”, - deyə S. İlla qeyd edib.

 

İspaniyanın Avropa İttifaqının müqavilə bağladığı şirkətlərdən 140 milyon doza miqdarında vaksin alacağını bildirən nazir peyvəndin əvvəlcə qocalar evindəki yaşlılara, oranın işçilərinə, səhiyyə əməkdaşlarına və əlillərə vurulacağını əlavə edib.

 

Proses 2021-ci ilin sonunadək aparılacaq və ispan xalqının 70 faizinə tətbiq edilməsi planlaşdırılır.

 

Səhiyyə naziri Avropa İttifaqının indiyədək 6, bundan sonra isə 7 firma ilə əməkdaşlıq edəcəyini açıqlayıb.

 

Qeyd edək ki, ölkədə bu günədək 1 milyon 582 min 616 nəfərdə virus aşkarlanıb, 43 min 131 şəxs vəfat edib.

 

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib