Həkim-terapevt: Nə qədər ki, karantin qaydalarına əməl etməyənlər var, koronavirus həyatımızdan çəkilib getməyəcək
25.11.2020 14:48

Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd və digər müalicə vasitələrinin tapılmadığı şəraitdə yeganə yol yalnız hər kəsin karantin qaydalarına ciddi şəkildə əməl etməsindən ibarətdir. Həmin qaydalar isə əllərin yuyulması, respirator etiketi, maska taxılması və sosial məsafənin gözlənilməsidir. Lakin bu qaydalara tələb olunan səviyyədə əməl olunmaması yoluxma sayında artıma səbəb olur.

 

Aztibb.az xəbər verir ki, bu fikirləri həkim-terapevt Sevinc Əhmədova son günlər yoluxanların artma səbəbindən danışarkən deyib: “Məsələn, əksər hallarda müalicə müəssisəsinə üz tutan xəstə bayırda maska taxır, həkimin yanına girəndə onu çıxarır, yaxud kassaya maska ilə yaxınlaşır, danışanda maskanı aşağı salır və danışır. Özündə xəstəliyin əlamətlərini hiss edən şəxs evdən bayıra çıxaraq işə gedir və ya qonaqlıqda iştirak edir. Yaxud müalicə olunan xəstə bir həftə sonra səhhətində bir az yaxşılaşma baş verən kimi çölə-bayıra çıxaraq ətrafdakıları yoluxdurur. Lakin xəstəliyin lap əvvəlində 14 günlük karantin müddəti olduğu deyilirdi, indi 21 gün karantinə əməl olunması deyilir. Nə qədər ki, karantin qaydalarına əməl etməyənlər, mövcud gigiyenik tələblərə etinasız yanaşanlar var, koronavirus həyatımızdan çəkilib getməyəcək. Məsuliyyətsizlik nəticəsində başqalarının da yoluxması, xəstələnməsi və fəsadla üzləşməsinə səbəb olanlar isə mütləq ictimai qınağa tuş olmalı və hətta cəzalandırılmalıdır.

 

Həkim-terapevt onu da qeyd edib ki, xəstəliyi yüngül keçirən əksər koronaviruslu xəstələrdə temperatur bir, ya iki gün davam edir: “Doğrudur, bəzən hətta sağalandan sonra bir ay temperaturu, öskürəyi davam edən xəstələrlə də üzləşirik. Təəssüf ki, bəzən uşaqların guya xəstəliyə yoluxmadığı və daşıyıcı olmadığı barədə fikirlər dolaşır. Lakin bu, qətiyyən düzgün fikir deyil. Çünki bizim ölkəmizdə belə kiçik yaşlı uşaqların yoluxduğu barədə statistika var. Dünyada altı aylıq, hətta yeni doğulan körpənin belə xəstəliyə yoluxması barədə faktlar var. Lakin fərq ondadır ki, uşaqlar xəstəliyi böyüklər kimi ağır yox, sadə qrip əlamətləri ilə keçirərək sağalırlar.

 

İndiki dövrdə qidalanma zamanı C vitamini ilə zəngin sitrus meyvələrindən çox istifadə etmək lazımdır. Həmin meyvələrə qarşı allergiyası olanlar isə kartof, bolqar bibəri, gül və brokkoli kələmindən istifadə edə bilərlər. Eyni zamanda xörəklərdə soğan və sarımsaqdan istifadə etmək də faydalıdır. Paxlalı bitkilər də təbii immunomodulyator sayılır və ondan istifadə etmək də səmərəlidir. Həftədə iki-üç dəfə ondan istifadə etmək olar”.

 

Həkim-terapevt antiseptik vasitələr barədə danışarkən deyib: “Spirtdən çox istifadə edilməsi dəridə çat və quruluq yaradır və hətta dermatitə aparıb çıxarır. Ona görə daha çox dezinfeksiyaedici maddələrdən istifadə edilməsi məsləhətdir. Hətta xüsusi antibakterial sabunlardan bir müddət çox istifadə edəndə dəri təbəqəsi mikroblara qarşı olan təsirini itirmiş olur və qorumur. Bunun baş verməməsi üçün antiseptik vasitələrini dəyişmək, başqa növlərdən istifadə etmək lazımdır”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib