Bu ölkələrdə koronavirusa yoluxanların sayında artım qeydə alınıb
25.11.2020 14:31

Böyük Britaniyada koronavirusa yoluxma hallarında artım davam edir.

 

Ötən gün 15 min 450 nəfər virusa yoluxub, 608 nəfər isə həyatını itirib. Krallığın şimal-qərb hissəsində virusa yoluxma hallarında artım müşahidə olunub.

 

Ümumilikdə ölkədə 1 milyon 527 min 495 nəfər virusa yoluxub, 55 min 230 min nəfər isə həyatını itirib. Bu göstəricilərə əsasən Böyük Britaniya koronavirusa yoluxma və ölüm sayına görə Avropada birincidir.

 

Türkiyə noyabrın 24-də açıqlanan COVID-19 xəstələrinin sayına görə dünya üzrə 12-ci, ölüm sayına görə isə 11-ci sırada yer alıb.

 

Pandemiya başlayandan indiyədək Türkiyədə koronavirusdan 12 min 672 nəfər həyatını itirib.

 

Hazırda ölkədə ağır xəstə sayı 4 min 543 nəfərdir. Son günlər ölkənin Bursa, Kocaeli və Qaziantep vilayətlərində COVID-19-a yoluxanların sayında böyük artım müşahidə edilir. 

 

İranda ötən sutka ərzində ö13 843 nəfər koronavirusa yoluxub, 469 nəfər bu virusdan dünyasını dəyişib.

 

Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 894 385 nəfərə, ölənlərin sayı 46 207 nəfərə çatıb.

 

İranda indiyədək 625 606 nəfər koronavirusdan sağalıb. Virus daşyıcılarından 5 832 nəfərin vəziyyəti ağır qiymətləndirilir. 

 

Ukraynada son sutkada koronavirusa yoluxanların sayında artım qeydə alınıb.

 

Ötən gün Ukraynada 13 882 nəfər koronavirusa yoluxub. Bununla da pandemiya dövründə Ukraynada koronavirusa yoluxanların ümumi sayı 661 min 858-ə çatıb, 307 min 778 nəfər müalicəsini başa vurub. Ən çox yoluxma halları Kiyev, Dnepropetrovsk və Xarkov vilayətlərində qeydə alınıb.

 

Gürcüstanda ötən sutkada koronavirusa 3 071 yeni yoluxma faktı qeydə alınıb, 3 366 nəfər sağalıb, 34 pasiyent isə vəfat edib.

 

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 114 889 nəfərə çatıb. Yoluxanların 95 581-i sağalıb, 1 085-i isə dünyasını dəyişib.

 

Hazırda karantin rejimində 2 071, stasionar nəzarətdə 6 145 nəfər saxlanılır. 3 723 nəfər isə xüsusi otellərdə müalicə olunur.

 

Ötən gün ölkədə 229 nəfər koronavirusdan həyatını itirib. Bununla da bu infeksiyadan ölənlərin ümumi sayı 11 492 nəfərə çatıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib