Tədris Cərrahiyyə Klinikası: Bel nahiyəsində fəqərəarası disk yırtığı diaqnozu ilə xəstəyə cərrahi müdaxilə həyata keçirilib
22.11.2026 15:43
ATU Tədris Cərrahiyyə Klinikasının neyrocərrahı Rauf Nəbizadə tərəfindən bel nahiyəsində fəqərəarası disk yırtığı diaqnozu ilə xəstəyə cərrahi müdaxilə həyata keçirilib.
 
Klinikadan Aztibb.az-a verilən xəbərə görə, xəstədə L4-L5 və L5-S1 fəqərəarası disk səviyyələrində sağtərəfli yırtıqlar nəticəsində sinir kökcüklərinin sıxılması müşahidə olunub. Bu səbəbdən bel nahiyəsindən sağ aşağı ətraf boyunca yayılan ağrı və digər nevroloji şikayətlər yaranıb.
 
Konservativ müalicə effektiv nəticə vermədiyi üçün cərrahi əməliyyat qərarı qəbul edilib. Əməliyyat zamanı L4-L5 və L5-S1 səviyyələrindəki sağtərəfli disk yırtıqları xaric edilərək sinir strukturları sıxılmadan azad olunub.
 
Qeyd edək ki, əməliyyatdan sonrakı bərpa müddəti xəstənin fərdi vəziyyətindən asılı olaraq dəyişir. Fizioterapiyaya ehtiyac isə hər bir xəstənin klinik vəziyyətinə uyğun qiymətləndirilir.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar  
8 yaşlı pasiyent üzərində mürəkkəb rekonstruktiv əməliyyat icra olunub