Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində I kurs tələbələri ilə görüş keçirilib
08.10.2026 15:34

Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi tibb fakültəsində I kurs tələbələrinin ali təhsil mühitinə uyğunlaşması, tədris prosesinin xüsusiyyətləri ilə tanış olması və elmi fəaliyyətə ilkin mərhələdən cəlb edilməsi məqsədilə fakültə rəhbərliyi və Tələbə Elmi Cəmiyyətinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib. 

 

Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.
 

Görüşdə birinci kursa qədəm qoyan tələbələri təbrik edən Hərbi tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Məharət Rzayev gələcək xidməti və akademik fəaliyyətlərində uğurlar arzulayaraq, qarşıdakı illərin onların peşəkar formalaşmasında mühüm mərhələ olduğunu diqqətə çatdırıb. 

 

Çıxış zamanı Bolonya təhsil sisteminin əsas prinsipləri, kredit sistemi, tədris prosesinin təşkili və tələbələrin akademik göstəricilərinin qiymətləndirilməsi mexanizmləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, müasir hərbi tibb mütəxəssisinin hazırlığı yalnız fundamental tibbi biliklərin mənimsənilməsi ilə məhdudlaşmır. Bu proses yüksək peşəkarlıq, intizam, məsuliyyət, operativ qərarvermə və praktiki bacarıqların kompleks şəkildə formalaşdırılmasını tələb edir. 

 

Fakültə rəisi vurğulayıb ki, gələcəyin hərbi həkimləri mürəkkəb və məsuliyyətli peşənin mahiyyətini ilk kursdan etibarən dərindən dərk etməli, tədris prosesinə məsuliyyətli yanaşmalı və öz üzərlərində sistemli şəkildə çalışmalıdırlar. Bu baxımdan tələbələrin həm nəzəri hazırlığının, həm də praktiki kompetensiyalarının ardıcıl və məqsədyönlü şəkildə inkişaf etdirilməsi əsas prioritetlərdəndir. 

 

Daha sonra çıxış edən Tələbə Elmi Cəmiyyətinin nümayəndələri tələbələri qurumun fəaliyyəti, elmi-tədqiqat istiqamətləri, tələbələrin elmi layihələrdə iştirakı və mövcud inkişaf imkanları barədə məlumatlandırıblar. Qeyd olunub ki, tələbələrin elmi fəaliyyətə erkən mərhələdən inteqrasiyası onların müstəqil düşünmə, araşdırma və analitik təhlil bacarıqlarının inkişafına mühüm töhfə verir. Eyni zamanda, hərbi tibb sahəsində elmi axtarışların təşviqi gələcək mütəxəssislərin müasir çağırışlara hazırlığının mühüm komponentlərindən biri kimi qiymətləndirilib. 

 

İnteraktiv dialoq formatında keçirilən görüşdə tələbələrin tədris prosesi, kredit sistemi, qiymətləndirmə meyarları, elmi fəaliyyət və fakültə daxilində mövcud imkanlarla bağlı sualları cavablandırılıb. Səsləndirilən fikir və təkliflərin ardınca onları maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Diabet və böyrəklər: səssiz təhlükə
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Oromandibulyar distoniya nədir?