ATU əməkdaşı III ADA-TKTA Simpoziumunda iştirak edib
07.10.2026 16:22

Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşı ADA Universitetinin təşkilatçılığı və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) tərəfdaşlığı ilə ali təhsildə keyfiyyət təminatına həsr olunmuş III ADA-TKTA Simpoziumunda iştirak edib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, universitetin İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsinin əməkdaşı Leyla Abbasovanın qatıldığı simpozium ali təhsil müəssisələrinin keyfiyyət təminatı sahəsində təcrübə və fikir mübadiləsini təşviq etmək, mövcud yanaşmaları paylaşmaq və əməkdaşlığın inkişafına töhfə vermək məqsədi daşıyıb.

 

Tədbirdə ali təhsildə keyfiyyət təminatı və akkreditasiya sahəsində yeni tendensiyalar, institusional inkişaf strategiyaları, daxili keyfiyyət təminatı, monitorinq və qiymətləndirmə mexanizmləri, həmçinin təhsil proqramlarının keyfiyyət təminatı ilə bağlı mövzular müzakirə olunub. 

 

Simpoziumun sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib