ATU tələbəsi Cənubi Koreyada beynəlxalq tədqiqat proqramında Azərbaycanı uğurla təmsil edib
05.10.2026 09:13

Azərbaycan Tibb Universitetinin (ATU) II Müalicə-profilaktika fakültəsinin V kurs tələbəsi Əsmər Astanlı Cənubi Koreyanın KAIST (Korea Advanced Institute of Science and Technology) Universitetində təşkil olunan "KAI-X Summer Research Internship Program" (KAI-X Yay Tədqiqat Təcrübə Proqramı) mövsümünü uğurla başa vurub.

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Bildirilib ki, dünyanın müxtəlif ölkələrindən seçilmiş 21 tələbənin qatıldığı proqramda Azərbaycanı təmsil edən yeganə tələbə ATU tələbəsi olub.

 

Təcrübə müddətində tələbəmiz KAIST-in Tibb Elmləri və Mühəndisliyi Ali Məktəbində (GSMSE) laboratoriya rəhbəri olan professor və tədris assistenti (TA) ilə sıx işləyərək müasir tibb və biotexnologiya sahəsində aparılan elmi tədqiqatlarda yaxından iştirak edib. Təcrübənin sonunda laboratoriya rəhbəri ilə keçirilən yekun görüş zamanı tələbəmizin fəaliyyəti yüksək qiymətləndirilib.

 

Proqramın rəsmi bağlanış mərasimində Ə. Astanlıya "KAI-X Research Internship" sertifikatı təqdim olunub.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Yuxu problemləri və sinir sistemi 
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
 Qobustan RMX-da sağlam həyat tərzi və davranış risk amilləri barədə maarifləndirici tədbir keçirilib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 Böyrək ağrısı nə zaman təhlükəlidir?   
 ATU əməkdaşından iki mühüm beynəlxalq nailiyyət: Q1 jurnalında elmi məqalə və ESE-də “Certified member” statusu   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub