ATU -da II MPF TEC üzrə yeni tədris ili üçün elmi fəaliyyətin prioritetləri müəyyənləşdirilib
04.10.2026 13:00

Azərbaycan Tibb Universitetinin (ATU) II Müalicə-profilaktika fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) İdarə heyətinin 2026–2027-ci tədris ili üzrə fəaliyyət planının müzakirəsinə həsr olunmuş görüşü keçirilib. 

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Bildirilib ki, görüşdə çıxış edən II Müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli qeyd edib ki, məqsəd yeni tədris ili üzrə fakültə TEC-in elmi və akademik fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunması ilə bağlı yeni təşəbbüsləri müzakirə etmək və qarşıdakı dövr üçün prioritet vəzifələri müəyyənləşdirməkdir. 

 

Fakültə TEC-in elmi rəhbəri dosent Aqil Əliyevin adından çıxış edən assisent Günay Eminova isə 2026–2027-ci tədris ili üzrə nəzərdə tutulan fəaliyyət planı barədə ətraflı məlumat verib. Bildirilib ki, yeni tədris ili ərzində tələbələrin elmi fəaliyyətə marağının artırılması, onların tədqiqat prosesinə daha fəal cəlb olunması, elmi layihələrin təşviqi və akademik potensiallarının inkişaf etdirilməsi əsas fəaliyyət istiqamətlərindən olacaq. 

 

Müzakirələr zamanı tələbələrin elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, elmi layihələrin hazırlanması və həyata keçirilməsi, elmi seminar və görüşlərin təşkili, tələbə təşəbbüslərinin dəstəklənməsi, eləcə də gənc tədqiqatçıların müxtəlif elmi platformalarda iştirak imkanlarının genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. 

 

Görüşdə tələbə elminin müasir ali tibb təhsilinin mühüm komponentlərindən biri olduğu vurğulanaraq, gələcək həkimlərin yalnız peşəkar klinik biliklərə deyil, eyni zamanda elmi düşüncə və tədqiqat bacarıqlarına yiyələnməsinin əhəmiyyəti qeyd edilib. Bu baxımdan, tələbələrin elmi araşdırmalara erkən mərhələdən cəlb olunması, onların təşəbbüslərinin dəstəklənməsi və elmi fəaliyyət üçün əlverişli akademik mühitin formalaşdırılması prioritet istiqamətlər kimi diqqətə çatdırılıb. 

 

Qarşıdakı tədris ili ərzində II Müalicə-profilaktika fakültəsi TEC tərəfindən tələbələrin elmi potensialının üzə çıxarılmasına, tədqiqat fəaliyyətinin stimullaşdırılmasına və elmi təşəbbüslərin reallaşdırılmasına yönəlmiş bir sıra layihə və tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

 

Görüşün sonunda 2026–2027-ci tədris ili üzrə fəaliyyət planının əsas istiqamətləri dəqiqləşdirilib, qarşıda duran vəzifələr və prioritet fəaliyyət sahələri üzrə fikir mübadiləsi aparılıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə