ATU-nun beynəlxalq reytinq strategiyası “Times Higher Education” nümayəndəsi ilə müzakirə olunub  
01.10.2026 12:11

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli “Times Higher Education” (THE) qlobal ali təhsil platformasının Böyük Britaniya və Avropa üzrə kommersiya direktoru Laçın Italmazovanı qəbul edib.

 

Universitetdən Aztibb.az-a bildirilib ki, görüşdə ATU-nun ilk dəfə “Times Higher Education World University Rankings” (THE WUR) – Dünya Universitetləri Reytinqində yer alması, universitetin beynəlxalq reytinq platformalarına inteqrasiyası və qlobal akademik məkanda mövqeyinin daha da gücləndirilməsi istiqamətində görüləcək işlər, həmçinin beynəlxalq rəqabətqabiliyyətliliyin artırılması istiqamətində qarşıda duran prioritetlər müzakirə olunub.

 

Rektor Gəray Gəraybəyli ATU-nun THE Dünya Universitetləri Reytinqinə ilk dəfə daxil olmasını mühüm institusional nailiyyət kimi qeyd edib. O bildirib ki, bu nəticə qarşıdakı dövr üçün daha böyük hədəflərin müəyyənləşdirilməsi və universitetin fəaliyyətinin bütün istiqamətlər üzrə təkmilləşdirilməsi baxımından yeni mərhələnin başlanğıcıdır.

 

ATU rəhbəri universitetin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması, elmi-tədqiqat fəaliyyətinin, akademik göstəricilərin, beynəlxalq əməkdaşlıqların və institusional reputasiyanın gücləndirilməsinın qarşıda duran prioritetlər sırasında olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, bu baxımdan digər nüfuzlu beynəlxalq reytinqlərdə də fəal iştirakın təmin edilməsi və məqsədyönlü strategiyanın həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

 

Gəray Gəraybəyli ATU-nun tarixi və uğurlu debütündə “Times Higher Education” tərəfindən göstərilən metodiki dəstəyin mühüm rol oynadığını vurğulayıb və bu əməkdaşlığa görə təşəkkürünü bildirib. O, universitetin reytinq göstəricilərinin daha da yaxşılaşdırılması, beynəlxalq qiymətləndirmə mexanizmlərinin tətbiqi və bu istiqamətdə uzunmüddətli yol xəritəsinin formalaşdırılması ilə bağlı təşkilatın təcrübəsi ilə maraqlanıb.

 

Laçın Italmazova ATU-nun ilk dəfə “Times Higher Education World University Rankings”-də yer alması münasibətilə universitet rəhbərliyini təbrik edib. O, ali təhsil müəssisələrinin beynəlxalq strategiyalarının formalaşdırılması, reputasiyanın idarə olunması, akademik heyətin prosesə cəlb edilməsi, həmçinin reytinq göstəricilərinin inkişaf etdirilməsi üçün tətbiq olunan yanaşmalar barədə məlumat verib.

 

THE nümayəndəsi qeyd edib ki, təşkilatın reytinq sistemlərində universitetlərin qlobal rəqabətqabiliyyətliliyini qiymətləndirən göstəricilər bir neçə əsas istiqamət üzrə qruplaşdırılır. Bu göstəricilərin gücləndirilməsi üçün ali təhsil müəssisələrinə metodiki dəstəyin göstərilməsi və inkişaf istiqamətlərini müəyyənləşdirən yol xəritələrinin hazırlanması da əməkdaşlığın mühüm komponentlərindəndir.

 

Görüş zamanı ATU-nun digər beynəlxalq reytinqlərdə iştirak imkanları, universitetin qlobal akademik reputasiyasının gücləndirilməsi və “Times Higher Education”-ın beynəlxalq tədbirləri çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunub.

 

L.Italmazova professor Gəray Gəraybəylini “Times Higher Education” tərəfindən təşkil olunan müxtəlif beynəlxalq tədbirlərdə, o cümlədən Madriddə keçirilməsi planlaşdırılan Avropa Sammitində spiker qismində iştirak etməyə dəvət edib.

 

Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi və ATU ilə “Times Higher Education” arasında əməkdaşlığın yeni istiqamətlər üzrə davam etdirilməsi barədə müzakirələrlə yekunlaşıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Şərur rayonunun Kərimbəyli kəndində tibbi aksiya: 98 nəfər müayinə olunub   
90 yaşlı alimlə MÜSAHİBƏ
Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat
 TƏBİB və ABADD arasında Əməkdaşlıq Memorandumu imzalanıb   
İsmayıllı RMX-nın iki əməkdaşı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib
 Suraxanı Tibb Mərkəzində “Bronxial astma tutmalarının idarəedilməsi” mövzusunda təlim keçirilib   
 Daun sindromlu azyaşlı həkimlərin operativ müdaxiləsi sayəsində həyata qaytarılıb   
 Ağır əl travması alan pasiyentin III, IV və V barmaqları amputasiyadan xilas edilib - Tədris Cərrahiyyə Klinikasında    
 Mərkəzi Klinikanın ümumi cərrahı Böyük Britaniyada beynəlxalq konqresdə çıxış edib   
Daşkəsəndə tanınmış ginekoloq uzun sürən xəstəlikdən sonra vəfat edib
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
 Qobustan RMX-da mürəkkəb cərrahi əməliyyat icra olunub   
Binəqədi Tibb Mərkəzinin ümumi cərrahı Asif Qaranizadə - Həkimlərimizi tanıyaq!
 Azərbaycanda ÜST-nin MOSAIC alətinin təqdimatı: Psixi sağlamlıqla bağlı stiqmanın azaldılması istiqamətində əməkdaşlığa əsaslanan yanaşma   
 Ordubad rayonunun Nüsnüs kəndində tibbi AKSİYA