ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb  
30.09.2026 17:07

Azərbaycan Tibb Universiteti (ATU) ilk dəfə “Times Higher Education”un “THE World University Rankings”də (Dünya Universitetləri Reytinqi) yer alaraq beynəlxalq reytinq səhnəsində tarixi debüt edib.

 

Universitetdən Aztibb.az-a verilən məlumata görə, ATU-nun 2027-ci il reytinqində 2001+ intervalında qərarlaşması universitetin qlobal akademik məkanda tanınması baxımından mühüm hadisədir.

 

Bildirilib ki, bu tarixi debüt ATU üçün yeni beynəlxalq mərhələnin başlanğıcıdır: “THE-nin 2027-ci il üzrə Dünya Universitetləri Reytinqində 118 ölkədən 2297 ali təhsil müəssisəsi təmsil olunub. Azərbaycan üçün builki nəticələrin əsas yeniliklərindən biri ATU-nun ilk dəfə bu siyahıya daxil olmasıdır”.

 

ATU-nun rektoru, professor Gəray Gəraybəyli qeyd edir ki, ATU-nun “THE World University Rankings”də yer alması universitetin akademik və elmi fəaliyyətinin beynəlxalq səviyyədə daha geniş tanınması, xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanlarının artırılması və yeni tərəfdaşlıqlar üçün əlavə imkanların yaranması baxımından əhəmiyyət daşıyır. Bu nəticə yeni inkişaf mərhələsinin başlanğıcı olmaqla, ATU-nun elmi və akademik potensialını daha geniş coğrafiyada təqdim etməsi, beynəlxalq əməkdaşlıqlarını inkişaf etdirməsi və gələcək reytinqlərdə mövqeyini gücləndirməsi üçün mühüm zəmin yaradır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə