Koronavirusdan müalicə olunmaq ondan qorunmaqdan daha çətindir
24.11.2020 18:46

Payız-qış mövsümündə respirator xəstəliklərin artacağı əvvəlcədən proqnozlaşdırıldığı kimi yeni növ koronavirusa (COVID-19) yoluxanların sayında da artım olacağı gözlənilən idi. Lakin bunu hər kəs bilməlidir ki, COVID-19-dan müalicə olunmaq ondan qorunmaqdan daha çətindir. Ona görə də, ilk növbədə, xəstəliyə yoluxmaqdan özünü gözləmək lazımdır. Qorunmaq üçün lazım olan üç qızıl qaydanı isə hər kəs bilir. Məsələ burasındadır ki, bizim hər birimiz özümüz bilmədən daşıyıcı rolu oynaya bilərik və maska taxılması həm də ona görə vacibdir ki, daşıyıcı olanlar maska taxarkən daha çox ətrafdakıları qorumuş olur. Bunun özü də bir sosial məsuliyyətdir. Maska taxılmaması nəticəsində xəstəliyin bir daşıyıcı olaraq yaşlılara, xroniki xəstəliyi olanlara ötürülməsi mümkündür və həmin qrupa mənsub olanlar bu xəstəliyi daha ağır keçirirlər.

 

Aztibb.az xəbər verir ki, bu sözləri həkim-endokrinoloq Gülnar Qafarova COVID-19-un yüksək risk qrupuna daxil olan yaşlıların qidalanması və immunitetin gücləndirilməsi ilə əlaqədar məlumat verərkən  deyib.

 

“Təcrübədən çıxış edərək onu da deyə bilərəm ki, qorxu hissinin olması da xəstəliyə yoluxmaqda çox mənfi rol oynayır, çünki stres immuniteti zəiflədən ən vacib səbəblərdən biridir. Ən çox şəkərli diabet, onkoloji xəstəlikləri olanlar, eləcə də xroniki xəstələr risk qrupundadırlar. COVID-19 yayıldığı dövrlərdən onu da müşahidə etmişəm ki, artıq çəki problemi olanlar bu xəstəliyi daha ağır keçirirlər. Hətta heç bir xroniki və digər xəstəliyi olmayan artıq çəkili insanlar yoluxarkən çox ciddi çətinliklə üzləşirlər.

 

Şəkərli diabet xəstələrinin risk qrupunda olması həm də xəstəliyin şəkərlə qidalanmasıdır. Ona görə də karbohidratlı qidalar maksimum dərəcədə menyudan çıxarılmalıdır. Bura təkcə şəkər deyil, ağ çörək, duz, un məmulatları, makaron, karbohidrat yükü çox olan qidalar daxildir. Həkimlərin ən çox arzuladığı orqanizmdə qlükozanın normada saxlanılmasıdır. Daha çox təbii zülalla zəngin olan ət və süd məhsulları, xüsusilə tərəvəzlərlə qidalanmaq məsləhətdir. Meyvədən daha çox tərəvəzdən istifadə edilməlidir, çünki meyvənin da tərkibində şəkər çox olur. Qəbul edilən mayelər içərisində ən çox sudan istifadə edilməsi düzgündür. Suyu dadlandırmaq da olar, onun içərisinə limon, darçın çubuğu, portağal qabığı və s. atmaq da olar”, - deyə həkim-endokrinoloq bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib