Bir qulaqda küy ciddi qəbul edilməlidir - Şişlə əlaqəli ola bilər
30.09.2026 09:41

Qulaq küyünün (tinnitus) geniş yayılan bir hal olduğunu bildirən qulaq-burun-boğaz (LOR) mütəxəssisi Özer bu simptomun bəzi hallarda ciddi xəstəliklərin əlaməti ola biləcəyini deyib.

 

Aztibb.az "CNN Türk"ə istinadfən yazır ki, onun sözlərinə görə, xüsusilə bir tərəfli qulaq küyü nadir hallarda eşitmə siniri şişi kimi mühüm xəstəliklərlə əlaqəli ola bilər.

Xalq arasında geniş yayılan qulaq küyü (tinnitus) bəzi hallarda ciddi xəstəliklərin xəbərçisi ola bilər. Başkent Universitetinin Adana Dr. Turgut Noyan Tətbiq və Araşdırma Mərkəzinin Qulaq-Burun-Boğaz kafedrasının müəllimi, dosent doktor Fulya Özer xüsusilə bir tərəfli qulaq küyünün diqqətdən kənarda saxlanılmaması və mütləq qiymətləndirilməsi lazım olduğunu bildirib.

Özer qeyd edib ki, xalq arasında “kimsə məni xatırlayır” kimi yozulan qulaq küyü əksər hallarda beynin eşitmə siqnallarını fərqli şəkildə emal etməsi ilə əlaqədardır. Xüsusilə yüksək səs-küyə məruz qalma daxili qulaqdakı hüceyrələrə zərər verə bilər. Beyin bu çatışmazlığı kompensasiya etməyə çalışarkən qulaqda küy yarana bilər.

Mütəxəssis vurğulayıb ki, bir tərəfli qulaq küyü isə şişlər də daxil olmaqla ciddi xəstəliklərin əlaməti ola bilər və mütləq tibbi qiymətləndirmədən keçirilməlidir. Müalicədə məqsəd yalnız səsi aradan qaldırmaq deyil, eyni zamanda pasiyentin həyat keyfiyyətini yaxşılaşdırmaqdır.

“Psixiatriya dəstəyinə yönləndiririk”

Özer qulaq küyünün həyat keyfiyyətinə ciddi təsir göstərə və güclü narahatlığa səbəb ola biləcəyini bildirib.

“Yüksək səsli mühitdə uzun müddət qalmaq daxili qulaqdakı hüceyrələrə zərər verə bilər. Klinik şəraitdə müxtəlif qiymətləndirmə şkalaları və sorğular vasitəsilə qulaq küyünün insanın gündəlik həyatına nə dərəcədə təsir etdiyini müəyyənləşdiririk. Zəruri hesab etdiyimiz hallarda isə pasiyentləri psixiatriya dəstəyinə yönləndiririk”, – deyə mütəxəssis bildirib.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə