Katarakta əməliyyatından sonra gözün bərpası üçün nələrə diqqət edilməlidir?
29.09.2026 10:37

Katarakta əməliyyatından sonra gözün düzgün və sağlam şəkildə bərpası üçün həkimin tövsiyələrinə riayət etmək mühüm əhəmiyyət daşıyır.

 

Aztibb.az xəbər verir ki, Türkiyənin nüfuzlu Gülhanə Hərbi Tibb Akademiyası (GEAH) məzunu, uzman oftalmoloq-cərrah Dr. Rahib İsmayılovun sözlərinə görə, əməliyyatdan sonrakı dövrdə gözə düzgün qulluq edilməsi sağalma prosesinin problemsiz keçməsinə kömək edir.

 

Mütəxəssis bildirir ki, əməliyyatdan sonra həkim tərəfindən təyin olunan göz damcıları vaxtında və düzgün istifadə edilməli, gözlər qorunmalı və kifayət qədər istirahət etdirilməlidir. Gündəlik fəaliyyətlərə isə yalnız həkimin icazəsi ilə tədricən qayıtmaq və kontrol müayinələrini vaxtında keçmək vacibdir.

 

Əməliyyatdan sonra gözü qaşımaq və ya ovuşdurmaq, gözə təzyiq göstərmək, həkim məsləhəti olmadan hər hansı göz damcısından istifadə etmək olmaz. Həmçinin ağır fiziki fəaliyyət və yük qaldırmaqdan çəkinmək, gözə su, toz və digər qıcıqlandırıcıların düşməsinə imkan verməmək tövsiyə olunur.

 

Əməliyyatdan sonrakı dövrdə güclü ağrı, görmənin kəskin azalması, intensiv qızartı və ya digər narahatedici əlamətlər yaranarsa, vaxt itirmədən həkimə müraciət edilməlidir.

 

Qeyd edək ki, katarakta əməliyyatları Diaqnoz Tibb Mərkəzində uzman oftalmoloq-cərrah Dr. Rahib İsmayılov tərəfindən həyata keçirilir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə