Qobustan RMX-da mürəkkəb cərrahi əməliyyat icra olunub  
25.09.2026 11:08
Qobustan Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə S-vari bağırsağın divertikulyar xəstəliyinin perforasiya və abseslə ağırlaşması diaqnozu ilə mürəkkəb cərrahi əməliyyat icra olunub.
 
Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, 1981-ci il təvəllüdlü şəxs (qadın) ağır vəziyyətdə tibb müəssisəsinə müraciət edib. Aparılan müayinələrdən sonra pasiyent təcili cərrahi əməliyyata götürülüb. Əməliyyat zamanı siqmoidektomiya və müvəqqəti kolostomiya icra olunub.
 
Cərrahi müdaxilə tibb elmləri doktoru, ümumi cərrah Vidadi Allahverdiyev, Cərrahiyyə şöbəsinin müdiri, ümumi cərrah Yunis Həsənli və həkim-anestezioloq-reanimatoloq Toğrul Ucalının iştirakı ilə həyata keçirilib.
 
Əməliyyat uğurla başa çatıb. Pasiyentin müalicəsi hazırda Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş