Daşkəsəndə tanınmış ginekoloq uzun sürən xəstəlikdən sonra vəfat edib
23.09.2026 11:48
Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzi bölməsinin həkim-ginekoloqu Məmmədova Rəna Əli qızı vəfat edib.
Aztibb.az xəbər verir ki, bu barədə Daşkəsən RMX məlumat yayıb.
Məlumatda bildirilir: "Dərin hüznlə bildiririk ki, Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzi bölməsinin həkim-ginekoloqu Məmmədova Rəna Əli qızı uzun sürən xəstəlik nəticəsində vəfat edib.
Mərhumun ailəsinə yaxınlarına, həmkarlarına TƏBİB rəhbərliyi və kollektivi adından başsağlığı verir, səbir diləyirik.
Allah rəhmət eləsin!"
Bu bölməyə aid digər xəbərlər
ÇOX OXUNANLAR

