Sosial ünsiyyət necə daha az yorucu ola bilər? - Ekspertlərdən sadə yollar
28.09.2026 14:17

Yeni insanlarla tanış olmaq, söhbət etmək, özünü müəyyən şəkildə aparmağa çalışmaq və ətrafdakı çoxsaylı səslər, görüntülər sosial ünsiyyəti həm zehni, həm də fiziki baxımdan yorucu edə bilər.

 

Aztibb.az "Arqumentı i faktı" nəşrinin məlumatına görə, bu yorğunluq yalnız introvertlərə (diqqətini xarici aləmdən daha çox öz daxili dünyasına yönəldən şəxsiyyət tipi) xas deyil, hər kəs uzunmüddətli sosial əlaqələrdən sonra tükənə bilər.

İnsanlar introversiya və ekstroversiya arasında müxtəlif xüsusiyyətlərə malikdir. Araşdırmalar daha introvert insanlarda sosial ünsiyyətdən sonra yorğunluğun daha çox müşahidə oluna bildiyini göstərsə də, ekstrovertlərin (diqqətini və enerjisini xarici dünyaya yönəldən şəxsiyyət tipi) də sosial münasibətlərdən yorulması mümkündür. Fərq əsasən insanın nə qədər sosial ünsiyyətə dözə bilməsindədir.

Tədqiqatlara görə, uzun, çətin və emosional baxımdan intensiv söhbətlər daha çox enerji tələb edir. Eyni zamanda, yeni insanlarla tanış olmaq, başqalarında yaxşı təəssürat yaratmağa çalışmaq, münaqişə və davamlı şikayətlərlə qarşılaşmaq da sosial yorğunluğu artırır.

Bu səbəbdən sosial ünsiyyəti daha rahat keçirmək üçün insanın özünü rahat hiss etdiyi mühitlərə üstünlük verməsi, eyni vaxtda çoxlu yeni insanla ünsiyyətdən qaçması və uzun görüşlər zamanı fasilələr verməsi faydalı ola bilər.

Sosial yorğunluqdan sonra tək qalmaq da bəzi insanlar üçün bərpaedici təsir göstərir. Lakin ünsiyyətdən yorulmağın səbəbi sosial narahatlıq və ya depressiyadırsa, uzun müddət təcrid olunmaq vəziyyəti daha da ağırlaşdıra bilər.

Mütəxəssislər emosional yorğunluğun da sosial tükənmədə mühüm rol oynadığını bildirirlər. İnsan uzun müddət həqiqi hisslərini gizlətməli və ya əslində keçirmədiyi emosiyanı nümayiş etdirməli olduqda emosional tükənmə riski artır. Məsələn, xidmət sahəsində daim gülümsəmək məcburiyyətində olmaq və ya tibb və qayğı işçilərinin xəstələr qarşısında kədər və qorxularını ifadə edə bilməməsi əlavə emosional yük yarada bilər.

Bu səbəbdən insanın öz hisslərini ifadə etməyə vaxt ayırması və keçirdiyi emosiyaları qəbul etməsi vacibdir. Sosial münasibətlərdə rahat olduğu mühitləri seçmək, ehtiyac yarandıqda fasilə vermək və emosional yükü azaltmaq sosial ünsiyyətdən yaranan yorğunluğu idarə etməyə kömək edə bilər.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Diabet və böyrəklər: səssiz təhlükə
Oromandibulyar distoniya nədir?