Orqanlarımız müxtəlif sürətlə qocalır - Sİ tədqiqatı
30.09.2026 12:24

Süni intellekt orqanların müxtəlif sürətlə qocaldığını ortaya qoydu. Ağciyər və böyrəklər gənc yaşlarda daha erkən qocalma əlamətləri göstərir.

Aztibb.az "Medical media" nçəşrinə istinadən yazır ki, tibb dünyasında mühüm yenilik hesab olunan yeni araşdırma insan orqanizmindəki orqanların bioloji baxımdan eyni sürətlə qocalmadığını ortaya qoyub. Avstriya Elmlər Akademiyasının CeMM Molekulyar Tibb Tədqiqat Mərkəzi və Vyana Universitetinin birgə apardığı araşdırma çərçivəsində süni intellektdən istifadə etməklə “toxuma saatları” hazırlanıb.

Genotip-Toxuma İfadəsi Layihəsi (GTEx) çərçivəsində 983 şəxsdən götürülmüş 40 müxtəlif toxuma növünə aid 25 mindən çox yüksək keyfiyyətli mikroskopik görüntü kompüter görmə modelləri vasitəsilə təhlil edilib. Sistem orqanların bioloji yaşını cəmi 4,9 illik xəta payı ilə hesablamağı bacarıb.

Xroniki xəstəliklər qocalma prosesini sürətləndirir

Araşdırmanın nəticələrinə görə, ağciyər, böyrək və mədəaltı vəzi kimi orqanlarda 20–40 yaş aralığında erkən qocalma əlamətləri müşahidə olunur. Uşaqlıq toxumasında isə qocalma prosesinin menopauza dövründə sürətləndiyi müəyyən edilib.

Bundan əlavə, böyrək çatışmazlığı və diabet kimi xroniki xəstəliklərin toxumaların qocalmasını birbaşa sürətləndirdiyi müəyyən olunub.

Araşdırmanın digər mühüm nəticəsi toxumalarda qocalma izlərinin qan analizi vasitəsilə müəyyən edilə bilməsidir. Bu yeni yanaşma sayəsində Alzheimer xəstəliyi, Kron xəstəliyi və insult kimi xəstəliklərlə əlaqəli qocalma nümunələrinin hələ klinik əlamətlər ortaya çıxmamışdan əvvəl müəyyənləşdirilməsi mümkün ola bilər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə