Azərbaycan Tibb Universitetinin (ATU) I cərrahi xəstəliklər kafedrasının assistenti, t.e.d. Elman Əzimovun həmmüəllifi olduğu “Rinoplastika əməliyyatından sonra pasiyent nəticələri və klinik göstəricilər” adlı məqaləsi beynəlxalq nüfuzlu nəşrlərdən birində dərc olunub.
ATU-dan Aztibb.az-a verilən məlumata görə, məqalə “Elsevier” nəşriyyatının “Scopus” bazasında indekslənən, cərrahiyyə sahəsində yüksək nüfuza malik və Q2 impakt faktorlu “European Journal of Prosthodontics and Restorative Dentistry” elmi jurnalda dərc olunub.
Araşdırmanın nəticələri göstərir ki, rinoplastikanın uğuru yalnız xarici görünüşdə baş verən dəyişikliklərlə məhdudlaşmır. Funksional nəticələr, pasiyentin psixoloji vəziyyəti və sosial həyatında hiss etdiyi müsbət dəyişikliklər də əməliyyat nəticələrinin qiymətləndirilməsində mühüm rol oynayır.
Tədqiqatın nəticələri müasir rinoplastikada pasiyent yönümlü yanaşmanın və estetik nəticələrlə funksional göstəricilərin birlikdə qiymətləndirilməsinin əhəmiyyətini bir daha ön plana çıxarır.

