ATU tələbələrinin elmi işləri “FDI World Dental Congress 2026”-da təqdim olunub  
02.10.2026 15:30

Praqa şəhərində keçirilən “FDI World Dental Congress 2026”  çərçivəsində Azərbaycan Tibb Universitetinin (ATU) tələbələrinin hazırladığı dörd elmi iş qəbul olunaraq beynəlxalq konqres iştirakçılarına təqdim edilib. 

Bu barədə Aztibb.az-a universitetdən xəbər verilib.

Bildirilib ki, beynəlxalq stomatologiya ictimaiyyətinin nüfuzlu elmi platformalarından biri olan konqresdə ATU-nun V kurs tələbələri Emad Keyvani və Mehin Rashtiyeva elmi tədqiqatlarının nəticələri ilə tədbir iştirakçılarını tanış ediblər. 


Belə ki, Emad Keyvani tərəfindən üç elmi məruzə təqdim olunub. Onun “Milan System for Risk Stratification in Salivary Gland Masses” adlı məruzəsində tüpürcək vəzilərində kütlələrin risk stratifikasiyasında Milan sisteminin tətbiqi, “Mandibular Trabecular Changes After RME and Facemask Therapy” adlı tədqiqatında RME və facemask terapiyasından sonra mandibulyar trabekulyar sümükdə baş verən dəyişikliklər, “Optimal Convergence Angle for Monolithic Zirconia Crowns and Marginal Fit” adlı məruzəsində isə monolit zirkon kronlar üçün optimal konvergensiya bucağı və marginal uyğunluq məsələləri araşdırılıb. 


Mehin Rashtiyeva isə “Azerbaijani Dental Students’ Attitudes and Perceptions Toward AI in Prosthodontics” adlı elmi məruzə ilə çıxış edib. Tədqiqatda Azərbaycanlı stomatologiya tələbələrinin protezləşdirmə sahəsində süni intellekt texnologiyalarına münasibəti və bu texnologiyaların tətbiqi ilə bağlı yanaşmaları öyrənilib. 

Tələbələrin elmi işlərinin “FDI World Dental Congress 2026” kimi beynəlxalq səviyyəli elmi tədbirdə qəbul olunaraq təqdim edilməsi Azərbaycan Tibb Universitetində tələbə elmi fəaliyyətinə və tədqiqat yönümlü təhsilə göstərilən diqqətin nəticələrindən biridir. Bunda əlavə, ATU tələbələrinin beynəlxalq elmi tədbirlərdə təmsil olunması onların elmi və peşəkar inkişafına töhfə verir. Həmçinin universitetdə aparılan tələbə tədqiqatlarının beynəlxalq akademik mühitdə təqdimatına imkan yaradır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Dərmanların qaraciyərə toksik təsiri müzakirə olunub