Yuxu iflici zamanı panikaya düşməmək üçün nə etmək lazımdır? - Həkimdən tövsiyə
28.09.2026 09:28

Yuxu iflici mərkəzi sinir sisteminin fəaliyyətindəki pozuntularla əlaqəli ola bilər

Yuxu iflici yuxu ilə oyaqlıq arasındakı keçid zamanı insanın şüuru bərpa olunsa da, müəyyən müddət ərzində hərəkət edə bilməməsi ilə xarakterizə olunan vəziyyətdir. Bu zaman insan özünü ayıq hiss edir, lakin ətraflarını hərəkət etdirə bilmir.

Aztibb.az "Life" portalına istinadən yazır ki,Nevroloq Aleksandr Komarovun sözlərinə görə, belə epizodların yaranma səbəbini müəyyənləşdirmək vacibdir. Mütəxəssis mümkün amillər arasında kəllədaxili hipertenziyanı, intoksikasiya sindromunu, sinaptik ötürülmənin anadangəlmə pozuntularını və travmalardan sonra mərkəzi sinir sisteminin funksiyalarında yaranan dəyişiklikləri qeyd edib.

Həkim bildirib ki, yuxu iflicini müstəqil şəkildə dayandırmaq üçün universal üsul yoxdur. Bu, vəziyyətin dərinliyindən asılıdır. Səthi epizod zamanı insan ayaq barmağını hərəkət etdirməyə və ya göz əzələlərini işə salmağa cəhd edə bilər. Bu, hərəkət funksiyalarının aktivləşməsinə və vəziyyətdən çıxmağa kömək edə bilər.

Daha dərin yuxu iflici zamanı isə bu üsullar mümkün olmaya bilər. Belə hallarda epizodun öz-özünə başa çatmasını gözləmək lazım gəlir.

Onun bildirdiyinə görə, yuxu iflici zamanı panika vəziyyəti daha da ağırlaşdıra bilər. Hərəkət edə bilməmək güclü qorxu, ürəkdöyünmə və arterial təzyiqin yüksəlməsinə səbəb ola bilər.

Mütəxəssis qeyd edib ki, insan yuxu iflici zamanı hərəkət etməyə məcbur etmək əvəzinə, vəziyyətin keçici olduğunu anlamalı və panikaya yol verməməlidir. Səthi epizodlarda müəyyən hərəkətlərin aktivləşdirilməsi mümkün olsa da, dərin yuxu iflicində əsas yanaşma vəziyyətin başa çatmasını gözləməkdir.

ÇOX OXUNANLAR
 Şərur rayonunun Kərimbəyli kəndində tibbi aksiya: 98 nəfər müayinə olunub   
50 yaşlı pasiyentdən çəkisi 6 kiloqramdan artıq olan nəhəng mioma cərrahi yolla xaric edilib
Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat
90 yaşlı alimlə MÜSAHİBƏ
 Yeni Klinikanın invaziv kardioloqu beynəlxalq konqresdə həmsədr olub   
 TƏBİB və ABADD arasında Əməkdaşlıq Memorandumu imzalanıb   
Sumqayıt Tibb Mərkəzində maarifləndirici təlim: “Məişət zorakılığına qarşı birlikdə” 
 Sabirabad RMX-da “Etik davranış qaydaları və xidmət mədəniyyəti” mövzusunda maarifləndirici təlim keçirilib    
 Daun sindromlu azyaşlı həkimlərin operativ müdaxiləsi sayəsində həyata qaytarılıb   
 Suraxanı Tibb Mərkəzində “Bronxial astma tutmalarının idarəedilməsi” mövzusunda təlim keçirilib   
İsmayıllı RMX-nın iki əməkdaşı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib
Sümük iliyi transplantasiyası bir sıra genetik və onkohematoloji xəstəliklərin müalicəsində tətbiq olunur
 Mərkəzi Klinikanın ümumi cərrahı Böyük Britaniyada beynəlxalq konqresdə çıxış edib   
Tanınmış şair Rüstəm Behrudi Bakı Sağlamlıq Mərkəzində olub