Uzunmüddətli qarın ağrısı divertikullardan xəbər verə bilər
29.09.2026 08:35

Uzun müddət davam edən qarın ağrısı, köp və bağırsaq vərdişlərində dəyişiklik bəzən sadə həzm problemi kimi qiymətləndirilsə də, bu şikayətlərin səbəbi yoğun bağırsaq divarında yaranan divertikullar ola bilər.

 

Aztibb.az xəbər verir ki, cərrah-proktoloq və endoskopist Anar Əliyevin sözlərinə görə, divertikullar uzun müddət heç bir əlamət vermədən mövcud ola bilər, lakin iltihablaşdıqda divertikulit inkişaf edərək qarın ağrısı, hərarət və digər ciddi əlamətlərə səbəb ola bilər.

 

Mütəxəssis bildirib ki, divertikullara xüsusilə yaş artdıqca daha çox rast gəlinir. Bu səbəbdən uzunmüddətli və təkrarlanan bağırsaq şikayətlərini adi hal kimi qəbul etmək və müayinəni gecikdirmək düzgün deyil.

 

Həkim qeyd edib ki, bağırsaq sağlamlığının qorunması üçün yaranan şikayətlərin səbəbini vaxtında müəyyənləşdirmək və zəruri hallarda həkim müayinəsindən keçmək vacibdir.

 

Mütəxəssislər qarın ağrısı, köp və bağırsaq vərdişlərində davamlı dəyişikliklər müşahidə olunduqda özbaşına müalicə aparmaq əvəzinə həkimə müraciət etməyi tövsiyə edirlər.

ÇOX OXUNANLAR
 Şərur rayonunun Kərimbəyli kəndində tibbi aksiya: 98 nəfər müayinə olunub   
50 yaşlı pasiyentdən çəkisi 6 kiloqramdan artıq olan nəhəng mioma cərrahi yolla xaric edilib
Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat
90 yaşlı alimlə MÜSAHİBƏ
 Yeni Klinikanın invaziv kardioloqu beynəlxalq konqresdə həmsədr olub   
 TƏBİB və ABADD arasında Əməkdaşlıq Memorandumu imzalanıb   
Sumqayıt Tibb Mərkəzində maarifləndirici təlim: “Məişət zorakılığına qarşı birlikdə” 
 Sabirabad RMX-da “Etik davranış qaydaları və xidmət mədəniyyəti” mövzusunda maarifləndirici təlim keçirilib    
 Daun sindromlu azyaşlı həkimlərin operativ müdaxiləsi sayəsində həyata qaytarılıb   
 Suraxanı Tibb Mərkəzində “Bronxial astma tutmalarının idarəedilməsi” mövzusunda təlim keçirilib   
İsmayıllı RMX-nın iki əməkdaşı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib
Sümük iliyi transplantasiyası bir sıra genetik və onkohematoloji xəstəliklərin müalicəsində tətbiq olunur
 Mərkəzi Klinikanın ümumi cərrahı Böyük Britaniyada beynəlxalq konqresdə çıxış edib   
Tanınmış şair Rüstəm Behrudi Bakı Sağlamlıq Mərkəzində olub