Koronavirus testlərində yanlış cavabların səbəbləri açıqlandı
24.11.2020 15:30

Koronavirus testindən əvvəl pasiyentlərə su içmək, siqaret çəkmək və burnu silmək olmaz. Eyni zamanda laboratoriya üçün qaydalar var: həkimlər test üçün vaxtı düzgün seçməli və proseduru izləməlidirlər.

 

Aztibb.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə rusiyalı həkim virusoloqlar COVID-19 testi zamanı səhv cavabların səbəbini açıqlayarkən danışıb.

 

"Tvoy Doktor" klinikasının terapevti və baş həkimi Tatyana Romanenko prosedurun hansı şərtlərdə faydasız ola biləcəyindən danışıb. Onun sözlərinə görə, müəyyən qaydalara riayət edilməzsə  - burun keçidlərində kifayət qədər dərindən nümunə götürülməyibsə, yaxud xəstə əvvəllər burnunu silmiş, yumuşsa, o zaman testin cavabı səhv ola bilər. Həmçinin boğazdan yaxma götürülməzdən əvvəl xəstə ağzını antiseptik məhlulla yaxalamamalı və yemək yeməməlidir.

 

Rusiya Xalqlar Dostluğu Universitetinin (RUDN) Yoluxucu Xəstəliklər şobəsinin müdiri Qalina Kojevnikova da testdən üç saat əvvəl yemək, içmək və dişləri yumağın qadağan olunduğunu bildirib. "Bunları edərlərsə, heç bir patogen tapılmayacaq", - deyə o vurğulayıb.

 

Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, biologiya elmləri doktoru, virusoloq Aleksey Aqranovski nümunələrin hazırlanma keyfiyyətinin də test nəticələrinə təsir edə biləcəyini deyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib