Ətdən imtinanın gözlənilməz mənfi təsiri açıqlanıb
24.11.2020 14:36

Alimlər ət yeməkdən imtinanın sümüklərin sınması riskini artırdığını müəyyənləşdiriblər.

 

Aztibb.az xəbər verir ki, bu barədə ren.tv məlumat yayıb.

 

Oksford Universiteti mütəxəssisləri vegeterianlar, veqanlar, eləcə də ət və ya balıq yeyənlər də daxil olmaqla, 54 mindən çox könüllünün iştirakı ilə araşdırma aparıb. Ümumilikdə iştirakçılar 3 941 sınıq barədə məlumat veriblər. Bundan sonra alimlər bu cür zədələrin pəhrizlə əlaqəsini təhlil ediblər.

 

Məlum olub ki, ilk iki qrupun üzvlərində qida zamanı kalsium və zülal qəbulu az olur və bu da sümüklərin kövrəkliyini artırır. Eyni zamanda, vegeterianlar və balıq yeməyi ət yeməkdən üstün tutan insanlarda ət yeyənlərə nisbətən omba sümüklərinin sınma riskinin daha yüksək olması müəyyən olunub.

 

Veqanlar arasında aşağı bədən kütlə indeksi və yüksək sınıq halları qeydə alınıb: travmaların sayı 20 il ərzində min nəfərə 20 vahid artıb. Eyni zamanda, omba sümüyünün sınığı riski iki dəfə artıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib