ATU-da yeni tədris modeli: Anatomiya və Radiologiya bir mühazirədə birləşdi  
23.09.2026 10:09

Azərbaycan Tibb Universitetində (ATU) tədrisin müasir tələblərə uyğunlaşdırılması məqsədilə yeni təşəbbüsə başlanılıb. İlk dəfə İnsan anatomiyası və tibbi terminologiya kafedrası ilə Radiologiya kafedrası arasında inteqrativ tədris modelinin tətbiqinə və əməkdaşlıq çərçivəsində birgə mühazirələrin təşkilinə start verilib. 

Yeni tədris yanaşmasının əsas məqsədi tələbələrin anatomiya üzrə nəzəri biliklərini radioloji görüntülər və praktik yanaşmalarla əlaqələndirərək daha bütöv şəkildə mənimsəməsinə imkan yaratmaqdır. Belə inteqrasiya ayrı-ayrı fənlər üzrə əldə olunan biliklərin qarşılıqlı əlaqədə təqdim edilməsinə və tələbələrin nəzəri-praktik düşünmə bacarıqlarının inkişafına şərait yaradır.
Birgə mühazirələr zamanı müasir tibbi texnologiyaların, o cümlədən rentgen və digər radioloji imkanların tətbiqi ilə anatomik biliklərin praktiki müstəvidə izahına xüsusi diqqət yetirilir. Əsasən anatomik quruluş radioloji görüntülər üzərindən izah edilir. Bu yanaşma tələbələrə insan orqanizminin anatomik quruluşunu radioloji görüntülərlə əlaqələndirmək və nəzəri bilikləri praktik nümunələr üzərindən möhkəmləndirmək imkanı verir.

 

İnteqrativ əməkdaşlıq İnsan anatomiyası və tibbi terminologiya kafedrasında əməkdar elm xadimi, məsləhətçi professor Vaqif Şadlinski, kafedra müdiri, professor Nəriman Mövsümov və Radiologiya kafedrasının müdiri, professor Məlahət Sultan tərəfindən həyata keçirilir. 

 

Universitetdən Aztibb.az-a verilən məlumata görə, ATU-da tətbiqinə başlanılan bu model iki ixtisaslaşmış kafedranın tədris imkanlarının birləşdirilməsi baxımından yeni addım kimi diqqət çəkir. Fənlərarası inteqrasiyanın tətbiqi tələbələrin bilikləri yalnız ayrı-ayrı mövzular çərçivəsində deyil, onların qarşılıqlı əlaqəsini nəzərə alaraq mənimsəməsinə yönəlib.

 

Universitetdə yeni tədris ilində həyata keçirilən layihənin gələcəkdə digər fənlər və kafedralar arasında elmi-təcrübi əməkdaşlığın genişləndirilməsinə imkan yaradacağı gözlənilir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
ATU Həmkarlar İttifaqı Komitəsinin hesabat konfransı: “Təbib” İdman-Sağlamlıq Düşərgəsinin 10 illik inkişaf yolu və gələcək hədəfləri
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar  
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib