Hamiləliyin ilk trimestrindən perinatal risklərə yeni baxış: ATU alimlərinin beynəlxalq araşdırması
12.09.2026 15:44

Azərbaycan Tibb Universitetinin (ATU) Elmi Araşdırmalar Mərkəzinin Biokimya şöbəsinin müdiri, dosent Sevda Quliyevanın həmmüəllifi olduğu elmi məqalə nüfuzlu beynəlxalq “Acta Bio Medica” jurnalında dərc olunub. 

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Bildirilib ki, “Scopus” bazasında indekslənən və Q2 kvartilinə daxil olan jurnalda yayımlanan “First-trimester sFlt-1/PlGF ratio and oxidative stress markers in newborns: biochemical associations and early risk stratification” adlı tədqiqat hamiləliyin erkən mərhələsində aparılan biokimyəvi qiymətləndirmələrin perinatal risklərin proqnozlaşdırılmasındakı roluna diqqət çəkir. 

 

Tədqiqatın əsas istiqamətini hamiləliyin birinci trimestrində plasentar angiogenezin pozulması ilə yenidoğulmuşlarda oksidativ stress göstəriciləri arasındakı əlaqənin öyrənilməsi təşkil edib.  

 

Bu araşdırma ana–plasenta–döl sisteminin biokimyəvi mexanizmlərinin daha dərindən anlaşılmasına imkan verir. 
Əldə olunan nəticələr erkən angiogen və metabolik markerlərin birlikdə qiymətləndirilməsinin perinatal risklərin əvvəlcədən proqnozlaşdırılmasında əhəmiyyətli ola biləcəyini göstərir. 

 

Tədqiqatın nəticələri hamiləliyin erkən mərhələlərində ana və döl sağlamlığı üçün risklərin qiymətləndirilməsi istiqamətində yeni elmi yanaşmaların inkişafına töhfə verməklə yanaşı, plasentar funksiyanın və yenidoğulmuşların metabolik vəziyyətinin qarşılıqlı əlaqələrinin öyrənilməsi baxımından da əhəmiyyət daşıyır. 

 

Məqalənin “Acta Bio Medica” kimi beynəlxalq elmi platformada dərc olunması Azərbaycan Tibb Universitetində aparılan elmi araşdırmaların beynəlxalq elmi ictimaiyyətə təqdim olunması baxımından mühüm nailiyyətdir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
“Həkimlərimizi tanıyaq!
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib