“Azərbaycan Florasının Konspekti” adlı fundamental elmi nəşr işıq üzü görüb
10.09.2026 10:29

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə AR ETN Botanika İnstitutu PHŞ-nin əməkdaşları tərəfindən hazırlanan “Azərbaycan Florasının Konspekti” adlı fundamental elmi əsər nəşr olunub.

 

Bu xəbər Aztibb.az-a Botanika İnstitutundan verilib.

 

592 səhifədən ibarət nəşrin ideya və proqram rəhbəri Botanika İnstitutunun direktoru, professor Səyyarə İbadullayeva, redaktorları Tariyel Talıbov və Aydın Əskərovdur. Kitaba professor Ahmet Aksoy və professor Elman İsgəndər rəy verib.

 

Əsərdə Azərbaycanda yayılan növlər “Azərbaycan Florası” çoxcildliyinə, yeni tapıntılara, herbari fondlarında saxlanılan nümunələrə, son nomenklaturalara əsaslanan (World Flora Online; APG I-IV) təsvirlərlə verilmiş və yayıldığı botaniki-coğrafi rayonlar yeni bölgü üzrə qeydə alınmışdır. Azərbaycan florasının yeni konspekti 159 fəsilə, 1089 cins və 5076 növlə təmsil olunur. Kitabda Azərbaycan florasının müxtəlifliyi və botaniki-coğrafi yayılması, əvvəlki və yeni nomenklaturaya əsaslanan ikili adlar, ölkəyə gətirilən bitkilər, bitkilərin latın adlarının müəllifləri yer almışdır. O cümlədən, Azərbaycanın fitocoğrafi bölgələri və xarakterik bitkiləri haqqında məlumat verilir, şöbə, sinif və sıraya aid bütün fəsilələrin sintaksonomik bitki birlikləri qeyd olunur, hətta aşağı səviyyələr (növ, yarımnöv, variasiya və s.) əhatə edilir. Bu əsərdə Azərbaycanın bütün ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkiləri, o cümlədən landşaftlarda təbiiləşən və yol kənarlarında tez-tez əkilən meyvə və ya kənd təsərrüfatı bitkiləri də daxil edilmişdir.

 

“Azərbaycan Florasının Konspekti” gələcəkdə “Azərbaycan Florası” çoxcildliyinin yeni nəşrinin hazırlanması üçün əsas mənbələrdən biri kimi istifadə olunacaq. Eyni zamanda bitki müxtəlifliyinin öyrənilməsi, gənc botaniklərin yetişdirilməsi və bitkilərin tanıdılmasında faydalı elmi vəsait olacaq.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə