Müxtəlif ölkələrdə koronavirusla bağlı son vəziyyət
24.11.2020 10:32

Fransada son sutkada COVID-19 epidemiyasına 13 min 157 yeni yoluxma və virusdan 215 ölüm faktı qeydə alınıb.

 

Son 24 saat ərzində xəstəxanalara 906 yeni xəstə, reanimasiya şöbələrinə 171 ağır vəziyyətdə xəstə daxil olub. Xəstəxanalarda müalicə alan xəstələrin ümumi sayı 31 min 522, reanimasiya şöbələrində isə 4509-a çatıb.

 

Ölkədə fövqəladə sanitar vəziyyət 2021-ci il fevralın 16-dək uzadılıb. 2021-ci ilin əvvəlinə epidemiyanın 3-cü dalğasının gözlənildiyi bildirilir.

 

İtaliyada son sutka ərzində koronavirusdan 630 nəfər dünyasını dəyişib. 

 

Ölkədə virus qurbanların ümumi sayı 50 minə çatıb.

 

Ümumilikdə, İtaliyada 1 431 795 nəfər koronavirusa yoluxub, 31 395 nəfər sağalıb. Demək olar ki, bir milyon yarım insan özünü təcrid edib.

 

Xorvatiyada koronavirusa yoluxanların sayı 105 min 691 nəfərə çatıb.

 

Son 24 saat ərzində 1973 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 1398 nəfərdir. 85 min 18 nəfər sağalıb.

 

Türkiyədə son sutkada 6713 nəfərə COVID-19 diaqnozu qoyulub, 153 nəfər isə bu virusdan ölüb.

 

Son 24 saatda ağır xəstə sayı 4409 nəfər olub.   

 

Ölkədə indiyədək 453 535 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 12 511 nəfəri ölüb. 

 

Rumıniyada koronavirusa yoluxanların sayı 422 min 852 nəfərə çatıb.

 

Ölkədə son gün ərzində 4207 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 10 min 177 nəfərdir. 296 min 844 nəfər sağalıb.

 

Gürcüstanda son sutkada 3 128 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 3 045 nəfər sağalıb, 39 pasiyent isə vəfat edib.

 

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 111 818 yoluxma faktı təsdiqlənib. Virusa yoluxanların 92 215-i sağalıb, 1 051-i isə ölüb.

 

Ermənistanda isə daha 813 nəfərdə koronavirus aşkarlanıb.

 

Bununla da Ermənistanda virusa yoluxanların sayı 127 522-yə yüksəlib.

 

Ölkədə pandemiyadan ölənlərin sayı 26 nəfər artaraq 2 002-yə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 507-yə yüksəlib. 

 

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib