Cənubi Koreya paytaxtında karantin rejimi yenidən sərtləşdirilib
23.11.2020 18:59

Cənubi Koreyanın paytaxtı Seulda COVID-19 pandemiyası ilə əlaqədar karantin rejimi yenidən sərtləşdirilib.

 

Aztibb.az Yonhap agentliyinə istinadla xəbər verir ki, 10 milyon sakinin yaşadığı Seulda sərtləşdirilmiş karantin rejimi ilin sonunadək qüvvədə olacaq. Yeni qaydalara əsasən, 10 nəfərdən çox toplaşmaq qadağan edilib, gecə vaxtı ictimai nəqliyyatın fəaliyyəti azaldılıb.

 

Bildirilir ki, karantin rejiminin sərtləşdirilməsinə səbəb son günlər paytaxt və onun ətrafında virusa gündəlik yoluxma hallarının sürətlə çoxalması olub. Seul meri vəzifəsini icra edən Seo Ceonq-hyup bildirib ki, paytaxtda əhalinin sıx olduğu yerlərdə, o cümlədən dini ibadətgahlarda, qapalı idman zallarında, əyləncə və istirahət mərkəzlərində, restoranlarda karantin tədbirlərinə riayət olunmasına nəzarət gücləndiriləcək. Axşam saat 10-dan sonra xətdə olan avtobusların sayı azaldılacaq, ehtiyac olarsa adi günlərdə gecəyarıyadək işləyən metronun fəaliyyəti saat 23:00-da dayandırılacaq. Ahıllar evində yaşayanların ərazini tərk etməsinə və onlarla görüşlərin təşkilinə qadağa qoyulub.

 

Bəzi mütəxəssislər havaların soyuması ilə virusun yayılmasının daha da sürətlənəcəyi barədə proqnozlar verib. Onlar Cənubi Koreyada qış mövsümündə pandemiyanın gözlənilən 3-cü dalğasının əvvəlkilərdən daha güclü olacağını düşünürlər. Bundan başqa, mövsüm xəstəliklərinə yoluxanların ehtimal olunan çoxluğu səbəbindən xəstəxanalarda COVID-19 pasiyentlərinə daha az çarpayı qalacağı da gözlənilir.

 

Qeyd edək ki, yeni növ koronavirusa gündəlik yoluxma sayının əhəmiyyətli dərəcədə çoxalması səbəbindən bir neçə gün əvvəl Seulda karantin rejimi sərtləşdirilmişdi.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib