Oksford peyvəndinin effektivliyi niyə aşağıdır? - Mütəxəssis rəyi
23.11.2020 17:57

Koronavirusa qarşı Oksford peyvəndinin effektivliyinin aşağı olması hesablama metodu ilə əlaqədardır, preparat digərlərini üstələyə bilər.

 

Aztibb.az ria.ru-ya istinadən xəbər verir ki, bu barədə vaksinin işlənib hazırlanması ilə bilavasitə məşğul olan professor Endryu Pollard bildirib.

 

Bu gün tədqiqatçılar Oksford Universiteti və “AstraZeneca” şirkəti tərəfindən hazırlanan peyvəndin klinik sınaqlarının üçüncü mərhələsinin ilkin nəticələrini açıqlayıblar. ChAdOx1 nCoV-19 adlı Oksford peyvəndi adenovirus əsasında hazırlanıb. Onu soyuducuda, 2-8 dərəcə istilikdə saxlamaq olar. Tədqiqatçılar peyvəndin orta effektivliyini 70,4 % kimi qiymətləndirib. Daha əvvəl “Pfizer” və “Moderna” əczaçılıq şirkətləri peyvəndlərinin müvafiq olaraq 95 % və 94,5 % effektli olduğunu bildiriblər.

 

E.Pollardın sözlərinə görə, alimləri daha çox xəstələrə əvvəlcə yarım doza, ardından tam doza vurulduğu zaman peyvəndin daha təsirli olması təəccübləndirib. Belə ki, bu vəziyyətdə peyvəndin effektivliyi 90 % olaraq qiymətləndirilib. İki tam doza ilə effektivlik isə 62 % olub.

 

“Hesab edirik ki, bunun səbəbi aşağı dozada orqanizmin immunitet reaksiyasının daha yaxşı olur. Bunu daha ətraflı araşdıracağıq. Bu gün səhər bu mövzuda işə başladıq”, - E.Pollard deyib.

 

Preparatı hazırlayanlar artıq dekabr ayında peyvəndi hazır etmək niyyətlərini elan ediblər. Britaniya hökuməti ölkədə kütləvi vaksinasiyanın 2021-ci ilin yazında başlayacağını açıqlayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib