Böyük Britaniyada bu tarixdən etibarən əhalinin vaksinasiyasına başlanıla bilər  
23.11.2020 14:03

Böyük Britaniyanın Dərman Vasitələri və Tibbi Təyinatlı Məhsullara Nəzarət üzrə Agentliyi noyabrın 29-dək ABŞ-ın “Pfizer” və onun almaniyalı tərəfdaşı “BioNTech” kompaniyasının koronavirusa qarşı hazırladığı peyvəndin istifadəsinə icazə verə bilər.

 

“The Daily Telegraph” qəzetinin məlumatına görə, Britaniya hökumətində olan mənbənin məlumatına görə, Birləşmiş Krallığın Milli Səhiyyə Xidməti artıq dekabrın 1-dən etibarən əhalinin vaksinasiyasına başlamağa hazırlaşır. Peyvəndin ilk növbədə həkimlərə, həmçinin qocalar evinin sakinlərinə vurulması planlaşdırılır. Dekabr ayının ortalarından başlayaraq 80 yaşdan yuxarı, ilin sonunda isə 70 yaşdan yuxarı sakinlər peyvənd olunacaq. Qalan vətəndaşlar isə yalnız gələn ilin yaz aylarında vaksinasiyadan keçiriləcək.

 

Bir qədər əvvəl Birləşmiş Ştatların koronavirus əleyhinə preparatın hazırlanması üzrə dövlət proqramı çərçivəsində fəaliyyət göstərən alimlər komandasına rəhbərlik edən amerikalı immunoloq Monsef Slaui CNN telekompaniyasına müsahibəsində dekabrın 11-də ABŞ əhalisinin koronavirus əleyhinə vaksinasiya edilməsi prosesinin başlaya biləcəyini deyib. Onun sözlərinə görə, bu, ABŞ-ın Ərzaq və Tibbi Preparatların Keyfiyyət Məsələləri üzrə İdarəsinin “Pfizer” və “BioNTech” kompaniyalarının hazırladığı vaksinin qeydiyyat ərizəsini təsdiq edəcəyi təqdirdə mümkün olacaq.

 

Böyük Britaniya hökuməti ötən həftə Londonun “Pfizer” və “BioNTech” preparatının 40 milyon dozasının satın alınması üzrə artıq ilkin müqavilə imzaladığı barədə məlumat yayıb. Həmin preparat noyabrın 9-da sınaqların üçüncü fazasını uğurla başa vurub. Sınaqların nəticələrinə əsasən, vaksinasiya olunan insanlarda koronavirusa yoluxma riski 90 faiz azalır.

 

Həmçinin Amerikanın “Moderna” kompaniyasının koronavirus peyvəndi də klinik sınaqların üçüncü mərhələsində 94,5 faiz effektivlik göstərib. ABŞ administrasiyası vaksinin hazırlanması üçün bu kompaniyaya 486 milyon dollar, “Johnson & Johnson” əczaçılıq kompaniyasına 456 milyon dollar, Oksford Universitetinin (Böyük Britaniya) alimləri ilə birgə vaksin hazırlayan “AstraZeneca” kompaniyasına isə 1,2 milyard dollar vəsait ayırıb. Administrasiya koronavirusa qarşı peyvənd layihələrinə ümumilikdə 12 milyard dollar sərmayə yatırıb.

 

Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada COVID-19 əleyhinə vaksinin hazırlanması üzrə 170-ə yaxın layihə mövcuddur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib