Hətta bir qədər ucadan danışanda virus hissəcikləri ətrafa yayılır - Baş infeksionist xəbərdarlıq etdi
23.11.2020 13:33

Son günlər yeni növ koronavirusa (COVID-19) yoluxanların sayında artımın baş verməsi epidemioloq, infeksionist, virusoloq və digər mütəxəssisləri ciddi narahat edir və onlar bunu müxtəlif səbəblərlə izah edirlər.

 

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazovun yanaşması da bu barədədir: “Açığını deyim ki, bu gün mütəxəssisləri vətəndaşların COVID-19-la əlaqədar qoruyucu tədbirlərə riayətetmə səviyyəsi qane etmir. Qapalı məkanlarda virusun yayılması üçün münbit şərait daha çoxdur, xüsusilə mülayim temperatur və rütubətin az olduğu yerlərdə nəinki asqıranda və öskürəndə, hətta bir qədər ucadan danışanda da virus hissəcikləri ətrafa yayılır. Lakin bununla yanaşı onu da müşahidə edirik ki, qapalı məkanlarda qoruyucu tədbirlərə riayət edilməsi bir o qədər də kütləvi xarakter daşımır. Halbuki dəfələrlə xəbərdarlıq edildiyi kimi, yoluxmaqdan qorunmaq üçün sadə qaydalara əməl edilməsi həyati əhəmiyyət daşıyır. Hazırda hava soyuq olduğundan otaqlar qızdırıcı sistemlərlə isidilir və havalandırma aparılmır. Təbii ki, havalandırma getmədiyindən və təmaslar yaxın olduqca yoluxma ehtimalı yüksəlir”.

 

Baş infeksionist daha sonra bunları deyib: “Virusun hissəcikləri kiçik olduğundan onlar daha uzun məsafə qət edirlər, yəni həmin hissəciklər daha uzun müddət havada qalaraq, nisbətən aralıda olanları da yoluxdura bilər. Ona görə də otaqları havalandırmaqla yanaşı, eyni vaxtda otaqda olanların da sayını azaltmaq, minimuma endirmək lazımdır. Bunu nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah da nəinki dövlət sektorunda, hətta özəl müəssisələrdə də işçilərin sayının 30 faizədək azaldılmasını tövsiyə edib”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər