Bir sıra ölkələrdə pandemiya ilə bağlı son vəziyyət
23.11.2020 11:12

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı son bir gündə 28 337 nəfər artıb.

 

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 562 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 49 823 nəfərə çatıb. Ölkədə hazırda 805 947 aktiv koronavirus xəstəsi var, onlardan 3801-i ağır vəziyyətdədir.

 

Bütün pandemiya dövrü ərzində yoluxmuş 1 408 868 nəfərdən 553 098 nəfər sağalıb.

 

Braziliyada son sutka ərzində 18 615 nəfərdə koronavirus aşkarlanıb, 194 nəfər isə bu virusdan dünyasını dəyişib.

 

İndiyədək Braziliyada koronavirusa ümumilikdə 6 071 401 nəfər yoluxub. Bu müddət ərzində 169 183 koronaviruslu xəstə vəfat edib.

 

Həmçinin bu günədək 5 432 505 xəstə müalicə olunaraq sağalıb.

 

Rusiyada son bir gündə daha 25 173 nəfərə COVID-19 diaqnozu qoyulub.

 

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 114 502 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 361 nəfər artaraq 36 540-a yüksəlib.

 

Ölkədə indiyədək koronavirusa yoluxan 1 611 445 nəfər sağalıb.

 

Ermənistanda son sutkada COVID-19-a daha 485 yoluxma halı qeydə alınıb, 24 nəfər ölüb.

 

Ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 126 709 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 1 976 nəfərə çatıb.

 

Gürcüstanda isə 3 958 nəfərin koronavirus infeksiyasına yoluxması, 36 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 108 690 nəfərə, ölənlərin sayı isə 1 012 nəfərə çatıb.

 

Koronavirusa yoluxanlardan 89 170 nəfərin sağaldığı bildirilir.

Ermənistanda xəstəlikdən sağalanların sayı 95 099 nəfərdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib