"Neftçi"nin baş məşqçisi daha bir futbolçunun koronavirusa yoluxduğunu açıqladı
22.11.2020 18:51

"Oyun başqa hesabla bitsəydi belə, bunu anlayışla qarşılayacaqdım. Çünki ilk görüşdür. Yeni baş məşqçinin istədiklərini həyata keçirmək, oyunda tətbiq etmək hər bir futbolçu üçün çətindir. Bunun öhdəsindən bu cür oyunçularla gələcəyimizə inanıram".

 

Aztibb.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın X turunda səfərdə "Qəbələ"ni 4:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

 

Mütəxəssis komandasının oyunundan razı qalmadığını bildirib: "Matça kimi də bəzi problemlərimiz var idi. Bütün komanda şəklində məşq etməmişdik. Əsas heyətin 6-7 üzvü ilə hazırlıq keçirdik. Millinin düşərgəsində olanlar sonradan qoşuldular. Əfsuslar olsun, bütün dünyada olan pandemiya bizim futbolçuları da tutdu ki, bu da planlarımıza mane oldu. Bununla belə, buradan qalib ayrılırıq. İnanıram ki, oyunumuz getdikcə yaxşılaşacaq”.

 

Abasov kapitan Emin Mahmudovla yanaşı, daha bir futbolçunun koronavirusa yoluxduğunu söyləyib: "Mahmudovla yanaşı, Mirabdulla Abbasov da COVID-19-a yoluxduğu üçün bura gəlməyib. O, bizimlə cəmi bir dəfə məşq etdi. Çox həvəsli idi, bizi ümidləndirmişdi. Bu gün 100 faiz meydana çıxacaqdı, amma təəssüf ki, testin cavabı pozitiv oldu”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib