Dünya əhalisi yarıya endirilə bilər - Alimlərdən ekoloji tarazlığı qorumaq üçün gözlənilməz təklif
03.08.2026 10:00

Araşdırma göstərir ki, insan əhalisinin tədricən yarıbayarı azalması Yer kürəsinə fayda verə bilər.

 

Qlobal iqlim dəyişiklikləri və planetin təbii resurslarının sürətlə tükənməsi alimləri gələcək nəsillərin xilası üçün daha radikal və uzunmüddətli demoqrafik modellər irəli sürməyə vadar edir.

 

Aztibb.az "The İndepenbdent"in məlumatına istinadən yazır ki, "Sustainable Development" jurnalında dərc olunmuş tədqiqatda qeyd edilir ki, biomüxtəlifliyin itirilməsi, resursların istehlak sürəti və çirklənmə səviyyələri insan əhalisinin sayı ilə sıx bağlıdır.

 

Aaraşdırmada planetin təbii resurslarına düşən yükün azaldılması və ekoloji tarazlığın qorunması məqsədilə 2200-cü ilədək dünya əhalisinin mərhələli şəkildə təxminən 4 milyarda endirilməsi təklif olunur. Tədqiqat müəlliflərinin fikrincə, məhdud resurslara malik planetdə davamlı iqtisadi və demoqrafik artım modeli uzunmüddətli perspektivdə ekoloji problemləri daha da dərinləşdirir, buna görə də təbiətə düşən təzyiqi azaltmaq üçün əhali artım tempinin tədricən zəifləməsi en reallaşdırıla biləcək həll yollarından biridir. Araşdırmada xüsusi olaraq qeyd olunur ki, hazırda 8 milyardı ötən dünya əhalisinin 2200-cü ilədək təbii yollarla və mərhələli şəkildə təxminən yarıya enməsi yoxsulluğun azaldılmasına, ətraf mühitin çirklənməsinin və miqrasiya ilə bağlı gərginliklərin zəifləməsinə, həmçinin sıx məskunlaşmış bölgələrdə həyat keyfiyyətinin gözəçarpan dərəcədə yüksəlməsinə böyük töhfə verə bilər.

 

Bununla belə, məqalədə vurğulanır ki, təklif edilən bu yanaşma keçmişdə bəzi ölkələrdə tətbiq olunan məcburi sterilizasiya və ya "bir uşaq" siyasəti kimi məhdudlaşdırıcı və insan hüquqlarını pozan tədbirləri qətiyyən dəstəkləmir. Əksinə, alimlərin işləyib hazırladığı model aşağı gəlirli ölkələrdə qızların təhsil imkanlarının genişləndirilməsini və qadınların ailə planlaşdırılması xidmətlərinə rahat çıxışının təmin edilməsini əsas prinsip kimi irəli sürür, çünki qadınların neçə uşaq sahibi olacaqlarına sərbəst qərar verə bildiyi cəmiyyətlərdə doğum səviyyəsi təbii şəkildə əhalinin yenilənmə həddindən aşağı enməyə meylli olur.

 

Araşdırmada bu yanaşmanın effektivliyini dəstəkləyən tarixi nümunələr də öz əksini tapıb; belə ki, İranda ailə planlaşdırılması proqramlarından sonra bir qadına düşən orta uşaq sayı 1992-ci ildəki 4,08 göstəricisindən 2001-ci ildə 1,94-ə, Cənubi Koreyada 1972-ci ildəki 4,07 göstəricisindən 1984-cü ildə 1,93-ə, Kosta-Rikada isə 1972-ci ildəki 4,16 göstəricisindən 2009-cu ildə 1,98-ə qədər azalıb. Yekun olaraq qeyd edək ki, bu tədqiqat dünya əhalisinin məcburi şəkildə azaldılmasını deyil, məhz könüllü ailə planlaşdırılması, təhsil və sosial inkişaf vasitəsilə uzunmüddətli demoqrafik dəyişikliklərin mümkünlüyünü geniş müstəvidə müzakirəyə çıxarır.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb