Yaş artdıqca yaddaş mütləq zəifləyir? - Yeni tədqiqat bu fikri təkzib etdi
28.07.2026 14:42

Çikaqo Universiteti və Translyasiya Genomikası İnstitutunun apardığı genişmiqyaslı genetik tədqiqat göstərib ki, 80 yaşdan yuxarı olmasına baxmayaraq yaddaşı 50 yaşlı insanlarla müqayisə edilə bilən “superyaşlılar”ın üstünlüyü genetik amillərlə izah olunmur.

 

Aztibb.az "ART" jurnalında dərc olunan tədqiqatın nəticələrinə diqqət çəkib.

“Superyaşlılar” anlayışı ilk dəfə 2008-ci ildə Çikaqo Universitetinin Sağlam Qocalma və Altsheymer Xəstəliyi Araşdırma Mərkəzinin alimi Emili Roqalski tərəfindən irəli sürülüb. O vaxtdan bəri mütəxəssislər bu insanların yaşa baxmayaraq yüksək idrak qabiliyyətlərini necə qoruduqlarını araşdırırlar. İndiyədək əsas ehtimal onların Altsheymer xəstəliyi ilə əlaqəli risk genlərinin daha az daşıyıcısı olması idi.

Araşdırmada Kanada və ABŞ-ın beş klinik mərkəzindən cəlb olunmuş 142 superyaşlı və 89 normal idrak funksiyasına malik yaşlı iştirak edib. Onların qan nümunələrindən DNT çıxarılıb və Altsheymer xəstəliyi üçün ən mühüm genetik risk faktorlarından hesab olunan APOE geni, eləcə də digər genetik göstəricilər təhlil edilib.

Əldə olunan nəticələr göstərib ki, nə APOE geni, nə də ümumi poligen risk göstəriciləri baxımından superyaşlılar adi yaşlı insanlardan fərqlənmirlər. Bundan əlavə, əvvəllər Altsheymer xəstəliyinə qarşı davamlılıqla əlaqələndirilən nadir genetik variantlar da superyaşlılarda daha yüksək tezliklə aşkarlanmayıb.

Tədqiqat müəlliflərinin fikrincə, gələcək araşdırmalar müxtəlif insanların zehni funksiyalarındakı fərqlərin səbəblərini daha dərindən anlamağa imkan verəcək. Əgər genetikanın rolu minimaldırsa, bu zaman həyat tərzi, fiziki aktivlik, qidalanma, sosial əlaqələr və digər ətraf mühit amillərinin təsiri daha ətraflı öyrənilməlidir.

Alimlərin əsas qənaətinə görə, yaş artdıqca yaddaşın zəifləməsi qaçılmaz deyil. Bəzi insanlar 90 yaş və daha sonrakı dövrdə də yüksək yaddaş və idrak qabiliyyətini qoruyub saxlaya bilirlər.

ÇOX OXUNANLAR
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir
 Goranboy RMX-da könüllü qanvermə aksiyası keçirilib
Mərkəzi Gömrük Hospitalının terapevti Mədəniyyət TV-nin “Səhərçağı” proqramına müsahibə verib
Mərkəzi Klinikanın əməkdaşlarına Fəxri fərmanlar təqdim olunub
 Günay Əhmədova Azərbaycan Radioloqlar Cəmiyyətinin IV Tədris Konfransında məruzə ilə çıxış edib   
Ağdərə rayonu Vəngli kəndində yaşayan sakinlərin səyyar tibbi aksiyası həyata keçirilib
 Professor Rəna Şirəliyeva Respublika Diaqnostika Mərkəzində pasiyentlərin xidmətindədir     
“Gündəlik təcrübədə klinik genetik testlərin inteqrasiyası” mövzusunda multidissiplinar elmi seminar keçirilib
 Kəlbəcərdə axtarış tədbirləri zamanı itkin düşmüş şəhidlərə aid insan qalıqları aşkarlanıb   
 İsti havalarda günəşdən necə qorunmalıyıq?   
Travmatoloq-ortoped Müseyib Əhmədov ayaqqabı seçərkən diqqət edilməli əsas məqamları açıqlayıb
 İSİM-in nümayəndələri
Oğuz rayonunda 220-dən çox uşaq tibbi müayinələrə cəlb olunub
NDU-nun Tibb fakültəsinin tələbələrinin Türkiyədə beynəlxalq klinik təcrübə proqramı uğurla başa çatıb