Mərkəzi Gömrük Hospitalında mürəkkəb travma uğurla əməliyyat olundu
29.07.2026 10:57

Təxminən 2 metr hündürlükdən yıxılması nəticəsində hər iki yuxarı ətrafından ciddi xəsarətlər alan pasiyent Mərkəzi Gömrük Hospitalının Travmatologiya və Ortopediya şöbəsinə müraciət edib. Aparılan operativ diaqnostik müayinələrdən sonra pasiyentin vəziyyəti dəqiq qiymətləndirilib və peşəkar cərrahi müdaxilə sayəsində uğurlu əməliyyat həyata keçirilib.

 

Aztibb.az-a verilən məlumata görə, Mərkəzi Gömrük Hospitalının Travmatologiya və Ortopediya şöbəsinin travmatoloqu Müseyib Əhmədov Səhiyyə TV-nin “Xəbər” proqramına müsahibəsində pasiyentin xəstəxanaya müraciət etdiyi andan etibarən göstərilən tibbi yardım, aparılan cərrahi əməliyyat və sonrakı bərpa prosesi barədə ətraflı məlumat verib.

 

Müseyib Əhmədov bildirib ki, hündürlükdən yıxılmalar zamanı ilk dəqiqələrdə düzgün davranış və zərərçəkənin vaxt itirmədən ixtisaslaşmış tibb müəssisəsinə çatdırılması ağır fəsadların qarşısının alınmasında həlledici əhəmiyyət daşıyır. Onun sözlərinə görə, vaxtında aparılan diaqnostika və müasir cərrahi yanaşmalar belə mürəkkəb travmaların uğurlu müalicəsində əsas amillərdəndir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır