Antibiotiklərin bağırsağa təsiri
28.07.2026 15:33
Antibiotiklər bir çox bakterial infeksiyaların müalicəsində mühüm rol oynayır. Lakin onların təsiri yalnız xəstəlik törədən bakteriyalarla məhdudlaşmır. Antibiotiklər bağırsaqlarımızda yaşayan faydalı bakteriyaların bir hissəsini də azalda bilər.
 

Bu barədə Aztibb.az-a məlumat verən HTC Cliniva Hospitalın ümumi cərrahı, proktoloq və endoskopisti Anar Əliyev bildirib ki, bu zaman aşağıdakı əlamətlər müşahidə oluna bilər:

İshal və ya qəbizlik
Qarında köp və narahatlıq hissi
Həzm prosesində pozğunluqlar
Bağırsaq mikroflorasının balansının dəyişməsi.
 
Onun sözlərinə görə, bağırsaq sağlamlığını qorumaq üçün antibiotiklər yalnız həkim məsləhəti ilə qəbul edilməli, müalicə kursu yarımçıq saxlanılmamalıdır. Bəzi hallarda həkimin tövsiyəsinə uyğun olaraq probiotiklərdən istifadə bağırsaq mikroflorasının bərpasına kömək edə bilər: "Unutmayın ki, antibiotiklərin düzgün istifadəsi həm müalicənin effektivliyini artırır, həm də həzm sisteminin sağlamlığını qorumağa kömək edir".
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır