Marsın qiymətli mineralları alimləri həyəcanlandırdı - Qədim həyatın izləri axtarılır
28.07.2026 13:32

Alimlər hesab edirlər ki, Marsda aşkar olunan bəzi qiymətli minerallar qədim həyatın izlərini daşıya bilər. Son illərdə aparılan tədqiqatlar göstərib ki, Qırmızı planetdə qranat, opal, yaqut və sapfirin aid olduğu korund kimi minerallar mövcuddur. Bu minerallar Yer üzündəki analoqlarından fərqlənsə də, Marsın geoloji keçmişi haqqında mühüm məlumatlar verə bilər.

Aztibb.az "MedLinks" portalına istinadən yazır ki, bu yaxınlarda alimlər ilk dəfə Mars mənşəli meteoritdə qranat aşkar ediblər. Qranatlar geoloqlar üçün xüsusi əhəmiyyət daşıyır, çünki onların əmələ gəlməsi zamanı qeydə alınan temperatur və təzyiq şəraiti süxurların necə formalaşdığını müəyyən etməyə imkan verir. Tədqiqatçılar hesab edirlər ki, bu mineral ya Marsın dərin qatlarında yüksək təzyiq və temperatur altında, ya da asteroid toqquşması nəticəsində yaranmış ola bilər.

Bundan başqa, NASA-nın Curiosity və Perseverance marsoxodları Marsın müxtəlif bölgələrində opal yataqları da aşkar ediblər. Opal suyun iştirakı ilə formalaşdığı üçün alimlər bu mineralı qədim mikrob həyatının mümkün izlərini axtarmaq üçün ən perspektivli süxurlardan biri hesab edirlər. Daha əvvəl Mars mənşəli Naxla meteoritində də od opalına bənzər mineral aşkarlanmışdı.

Mütəxəssislərin fikrincə, əgər Marsda nə vaxtsa mikroskopik həyat mövcud olubsa, onun izləri məhz opal yataqlarında qorunub qalmış ola bilər.

Bununla yanaşı, NASA-nın Perseverance marsoxodunun topladığı nümunələr arasında Çeyava şəlaləsi (Cheyava Falls) adlanan ərazidən götürülmüş süxur da xüsusi maraq doğurur. Alimlər bu nümunəni Marsda vaxtilə bioloji proseslərin baş verməsinə dair indiyədək əldə olunan ən güclü dəlillərdən biri hesab edirlər.

Lakin bu ehtimalı təsdiqləmək üçün süxur nümunələrinin Yerə gətirilərək laboratoriyalarda araşdırılması vacibdir. Hazırda isə Marsdan nümunələrin geri qaytarılması missiyasının gələcəyi qeyri-müəyyən olaraq qalır və bu da Qırmızı planetdə qədim həyatın izlərinin araşdırılmasını ləngidə bilər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub