Bütün xəstəliklər müalicə olunsa belə, sonsuz ömür mümkün deyil
28.07.2026 10:12

Rusiyalı alimlərin apardığı yeni tədqiqat göstərir ki, qocalmanın qarşısını tam alan mükəmməl dərman hazırlansa belə, sonsuz yaşamaq bioloji baxımdan mümkün deyil.

 

Aztibb.az "Medikforum"a istinadən yazır ki, araşdırmaya görə, hüceyrələrdə zamanla təsadüfi şəkildə toplanan DNT mutasiyaları insan ömrü üçün aşılması mümkün olmayan təbii bir hədd yaradır.

 

Elm dünyasında uzun illərdir müzakirə olunan "İnsan sonsuza qədər yaşaya bilərmi?" sualına cavab axtaran tədqiqatçılar müəyyən ediblər ki, qocalma ilə əlaqəli bütün xəstəliklər aradan qaldırılsa belə, insan orqanizminin bioloji ömür həddi qalmaqda davam edir.

 

Rusiyanın Skolkovo Elm və Texnologiya İnstitutunda aparılan araşdırmada müəyyən olunub ki, orqanizmdəki bütün bioloji aşınmaların qarşısı alınsa belə, hüceyrələrdə yığılan somatik DNT mutasiyaları zaman keçdikcə orqanların fəaliyyətini dayandıracaq.

 

Kompüter simulyasiyalarına əsaslanan bu ssenariyə görə, bütün xəstəliklər tamamilə aradan qaldırılsa belə, insanın orta maksimal ömür uzunluğu təxminən 150–190 il arasında qala bilər.

 

Ürək və beyin hüceyrələri yenilənmir

 

Hazırlanan riyazi model göstərir ki, qocalmanın əsas müəyyənedici amillərindən biri orqan səviyyəsində hüceyrələrin yenilənmə qabiliyyətidir.

 

Qaraciyər və dəri kimi toxumalar davamlı şəkildə yeniləndiyi üçün mutasiyaya uğramış hüceyrələri müəyyən qədər aradan qaldıra bilir. Lakin beyin və ürək kimi həyati vacib orqanların hüceyrələri demək olar ki, yenilənmir.

 

İllər keçdikcə bu uzunömürlü hüceyrələrdə zədələnmiş DNT-lərin toplanması nəticədə orqanların normal fəaliyyətini itirməsinə səbəb olur və insan ömrünün bioloji həddini müəyyənləşdirir.

 

Məqsdə ömrü uzatmaq deyil, sağlam qocalmanı təmin etməkdir

 

Tədqiqat müəllifləri vurğulayırlar ki, əldə olunan nəticələr qəti proqnoz deyil, qocalma mexanizmini izah etməyə yönəlmiş riyazi modelə əsaslanır.

 

Müasir dövrdə insanların bu nəzəri həddən xeyli az yaşaması göstərir ki, qocalmanın yeganə səbəbi DNT mutasiyaları deyil və bu proses daha mürəkkəb bioloji amillərin təsiri altında formalaşır.

 

Alimlərin fikrincə, bioloji proseslərin qocalmaya təsirini daha dəqiq qiymətləndirməyə imkan verən bu tədqiqat gələcəkdə yalnız ömrün uzadılmasına deyil, insanların yaşlandıqca daha sağlam, funksional və yüksək həyat keyfiyyəti ilə yaşamalarını təmin edən müalicə üsullarının inkişafına istiqamət verə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır