Alkoqolun sağlamlığa faydası varmı? Yeni elmi sübutlar köhnə təsəvvürləri dəyişir
29.07.2026 14:39

Uzun illər ərzində, hətta tibb mütəxəssisləri arasında belə, gündə 1-2 qədəh alkoqolun, xüsusilə qırmızı şərabın ürək sağlamlığı üçün faydalı ola biləcəyi fikri geniş yayılmışdı. Lakin son illərdə aparılan daha etibarlı və genişmiqyaslı elmi tədqiqatlar bu qənaətin doğru olmadığını ortaya qoyur.

 

Aztibb.az xəbər verir ki, endokrinoloq Fərhad Burzunun bildiridiyinə görə, müasir araşdırmalar göstərir ki, gündə cəmi bir porsiya alkoqol qəbulu belə bəzi xərçəng növləri, ürək-damar xəstəlikləri və qaraciyər patologiyalarının riskinin artması ilə əlaqələndirilir. Bununla yanaşı, az miqdarda alkoqol qəbulunun sağlam insanlar üçün hər hansı əhəmiyyətli qoruyucu təsiri elmi şəkildə təsdiqlənməyib.

 

Ekspert qeyd edir ki, əvvəlki tədqiqatlarda müəyyən metodoloji çatışmazlıqlar da mövcud idi. Belə ki, alkoqol qəbul etməyənlər qrupuna yalnız heç vaxt spirtli içki istifadə etməmiş insanlar deyil, sağlamlıq problemlərinə görə sonradan alkoqoldan imtina edən şəxslər də daxil edilirdi. Bu isə nəticələrin obyektivliyinə təsir göstərirdi.

 

Digər tərəfdən, az miqdarda alkoqol qəbul edən insanların əksəriyyəti daha sağlam qidalanır, fiziki cəhətdən daha aktiv olur və ümumilikdə daha sağlam həyat tərzi sürürdülər. Buna görə də onların sağlamlıq göstəricilərini yalnız alkoqol qəbulu ilə əlaqələndirmək elmi baxımdan düzgün yanaşma hesab edilmir.

 

"Bu gün mövcud elmi dəlillər göstərir ki, sağlamlıq baxımından ən təhlükəsiz alkoqol miqdarı heç qəbul edilməməsidir. Məhz buna görə də "qırmızı şərab ürək üçün faydalıdır" kimi uzun illər qəbul olunmuş fikirlər artıq müasir elmi sübutlarla dəstəklənmir", - deyə həkim bildirib.

 

Mütəxəssislər vurğulayıb ki, alkoqolun guya sağlamlığa faydalı olduğu düşüncəsi sağlam həyat tərzi qaydalarına əməl etməmək üçün əsas ola bilməz. Ürək-damar sağlamlığını qorumağın ən etibarlı yolu balanslı qidalanmaq, müntəzəm fiziki aktivliklə məşğul olmaq, siqaret çəkməmək, normal bədən çəkisini saxlamaq və həkim tövsiyələrinə əməl etməkdir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub