Şənbə və bazar günləri ictimai nəqliyyatın işləməyəcəyini nəzərə alaraq, evdə oturmaq məsləhətdir - Terapevt çağırış etdi
22.11.2020 10:19
“Bütün insanları COVID-19 virusu ilə mübarizədə mövcud karantin tələblərinə ciddi riayət etməyə, zərurət olmadıqda evdən çıxmamağa, qapalı və açıq məkanlarda sosial məsafəyə əməl etməyə çağırıram”.
Hazırda Azərbaycanda da bütün dünyada olduğu kimi COVID-19 infeksiyası yenidən kəskin yayılmağa başlayıb. Ölkəmizdə koronavirusa yoluxanların sayı 3 mini keçib. Virusun geniş yayılmasının qarşısının alınması üzrə müvafiq tədbirlər həyata keçirilir, karantin rejiminin qaydaları sərtləşdirilir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın son məlumatında Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılması bildirilir. Bu qaydalar hansılardır və virusa yoluxmaqdan özümüzü necə qoruyaq?
Mərkəzi Gömrük Hospitalının terapevti Dr.Nazilə Xəlilbəyova bu barədə danışaraq bildirib ki, məlum qaydalara əməl etməklə COVID-19 virusuna yoluxmanın qarşısını maksimum dərəcədə azaltmaq mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin yeni qaydalarına görə, 2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur.
Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir. İnsanlar özlərinin və ətrafdakıların sağlamlığına səhlənkarcasına yanaşır, çox təhlükəli virusdan qorunmaq üçün məlum qaydalara ciddi əməl etmirlər. Ona görə də, müvafiq yerlərdə: açıq havada, qapalı yerlərdə tibbi maskadan istifadə olunmaması və ya düzgün taxılmamasna görə cərimələr tətbiq olunacaq. Həftə sonları - şənbə və bazar günləri ictimai nəqliyyatın işləməyəcəyini nəzərə alaraq, evdə oturmaq məsləhətdir.
Yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslər koronavirusa yoluxduqda, xəstəliyi ağır keçirir, müxtəlif ağırlaşmalar olur. Buna görə də, yaşlı insanlara zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur. Yeni qaydalara əsasən özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara da işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilir.
Bütün bu qaydalar bu gündən etibarən qüvvəyə minir. Bir daha bütün insanları COVID-19 virusu ilə mübarizədə mövcud karantin tələblərinə ciddi riayət etməyə, zərurət yoxdursa, evdən çıxmamağa, qapalı və açıq məkanlarda sosial məsafəyə əməl etməyə çağırıram.
Bu bölməyə aid digər xəbərlər
COVID-19 təhlükəsi tam aradan qalxmayıb - Risk qrupunda olanlar diqqətli olmalıdır
14.10.2026 | 10:28
Qripdən sonra ürəyi dayanan 8 yaşlı J-Pop ulduzunun ölümü miokarditin təhlükəsini gündəmə gətirdi
08.10.2026 | 15:33
Heyvanlardan keçən yeni koronavirus aşkarlanıb
23.09.2026 | 12:00
COVID-19 beyində iz buraxdı: Pandemiyadan 5 il sonra narahatedici təsir üzə çıxıb
13.09.2026 | 09:49
Akademik: Pandemiyanın astanasındayıq
07.09.2026 | 12:53
ABŞ-da hərbçilərin ölümündə COVID-19 vaksinlərinin rolu araşdırılır
04.09.2026 | 09:44
COVID-19 Epşteyn-Barr və herpes viruslarını yenidən aktivləşdirə bilər - TƏDQİQAT
27.08.2026 | 07:15
Son 1 həftədə COVID-19-dan 14 nəfər ölüb - Dövlət yoluxmaları artırdı
12.08.2026 | 11:46
"Chandipura" virusu narahatlığı - Müdaxilə qrupu səfərbər edilib
10.08.2026 | 09:33
Konqoda Ebola epidemiyası böyüyür - Virusun mutasiyaya uğraması ehtimalı araşdırılır
08.08.2026 | 10:47
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

