Türkiyədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına görə sərt tədbirlərə başlanılıb
21.11.2020 22:18

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma və gündəlik ölüm sayında sürətli artım davam etməkdədir. Hökumətin, ölümcül pandemiyanın yayılma riskini azaltmaq məqsədilə tətbiq etdiyi sərt qadağalar noyabrın 21-dən qüvvəyə minib. Məhdudiyyətlərin bir qismi şənbə və bazar günlərini əhatə edəcək. Bu gün Türkiyə vaxtı ilə saat 20.00-da başlanan evdən çıxmaq qadağası sabah saat 10.00-a qədər qüvvədədir. Eyni qadağa bazar günü də göstərilən saat intervalında tətbiq olunacaq.

 

Aztibb.az Türkiyənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, noyabrın 21-də Türkiyədə 152 min 214 nəfər testdən keçirilib. Onlardan 5 min 332 nəfərin testinin nəticəsi müsbət çıxıb. Gün ərzində bu xəstəlikdən 135 nəfər ölüb, 3 min 233 nəfər isə sağalıb. Ölkə üzrə indiyədək infeksiyadan ölənlərin ümumi sayı 12 min 219 nəfərə çatıb. Bu gün infeksiya aşkarlananlar dünənki ilə müqayisədə 229 nəfər çoxdur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib