Molekulyar Biologiya İnstitutunun elmi jurnalı SCOPUS beynəlxalq indeksləmə bazasına qəbul olunub  
27.07.2026 09:15

ETN Molekulyar Biologiya İnstitutu tərəfindən nəşr olunan "Transactions of the Institute of Molecular Biology & Biotechnologies" (TIMBB) jurnalı (ISSN: çap -2709-0744; onlayn - 2709-0752) beynəlxalq nüfuzlu SCOPUS elmi indeksləmə bazasına qəbul edilib.

 

Aztibb.az-ın xəbərinə görə, molekulyar biologiya, genetika, biokimya, biotexnologiya, bioinformatika, aqrar və tibb elmləri üzrə multidissiplinar tədqiqatların dərc olunduğu beynəlxalq resenziyalı açıq girişli jurnal Azərbaycanın biologiya istiqaməti üzrə SCOPUS-da təmsil olunan ilk milli elmi nəşrlərindən biridir.

 

Bu mühüm nailiyyət jurnalın beynəlxalq elmi nəşrlər sistemində mövqeyini daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanda aparılan fundamental və tətbiqi elmi tədqiqatların qlobal elmi ictimaiyyətə daha geniş çatdırılmasına, alimlərin elmi görünürlüğünün və sitatgətirmə potensialının artmasına, eləcə də ölkəmizin elmi nüfuzunun yüksəlməsinə mühüm töhfə verəcəkdir.

 

Son illər ərzində jurnalın beynəlxalq elmi nəşr standartlarına tam uyğunlaşdırılması istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilib. İlk növbədə jurnalın rəsmi internet səhifəsi (www.timbb.az) müasir beynəlxalq tələblərə uyğun şəkildə tam yenilənərək funksional və istifadəçi yönümlü platformaya çevrilib. Saytda açıq elmin prinsiplərinə uyğun Open Access siyasəti, COPE nəşr etikası prinsipləri, Creative Commons (CC BY 4.0) lisenziyası, DOI sistemi, ORCID inteqrasiyası, müəllif və rəyçi təlimatları, plagiat siyasəti, müəllif hüquqları, məqalələrin elektron idarəetmə sistemi və digər mühüm beynəlxalq standartlar tətbiq olunub.

 

Jurnalın beynəlxalq nüfuzunun formalaşmasında onun yüksək səviyyəli redaksiya heyəti də xüsusi rol oynayır. Burada ABŞ, Böyük Britaniya, Almaniya, İspaniya, Türkiyə, Çin, Cənubi Koreya, Macarıstan, Rumıniya, Pakistan, Hindistan, Ukrayna, Özbəkistan və digər ölkələrin tanınmış alimləri təmsil olunurlar. Xüsusilə vurğulanmalıdır ki, Nobel mükafatı laureatı, dünya şöhrətli alim, professor Əziz Səncər jurnalın Redaksiya Heyətinin fəxri üzvüdür.

 

Jurnal ildə iki dəfə nəşr olunur və bütün məqalələr müstəqil ekspertlər tərəfindən ciddi rəy prosesindən keçirilir. Xarici ölkələrdən olan nüfuzlu mütəxəssislərin rəylərinin alınması redaksiya siyasətinin əsas istiqamətlərindən biridir və elmi məqalələrin obyektiv qiymətləndirilməsini təmin edir.

 

SCOPUS beynəlxalq indeksləmə bazasına qəbul olunmaq "Transactions of the Institute of Molecular Biology & Biotechnologies" jurnalının inkişaf tarixində mühüm mərhələdir və Azərbaycan elminin beynəlxalq elmi informasiya məkanına inteqrasiyası istiqamətində də əhəmiyyətli nailiyyətdir.

 

Bu uğur AR Elm və Təhsil Nazirliyinin, o cümlədən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi ilə aparılan məqsədyönlü fəaliyyətin, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin və redaksiya heyətinin uzunmüddətli, sistemli zəhmətinin bəhrəsidir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
“Həkimlərimizi tanıyaq!
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib