Azərbaycanın dərman bitkiləri dünya elminin diqqət mərkəzində
23.07.2026 15:30

Azərbaycan Tibb Universitetinin (ATU) Farmakoqnoziya kafedrasının əməkdaşlarının Azərbaycanın dərman bitkilərinin etnofarmakoloji əhəmiyyətinə həsr olunmuş tədqiqatı “Scopus” və “Web of Science” bazalarında indekslənən, Q1 kvartilli və 4,7 impakt faktorlu “Plants” jurnalında dərc edilib. Bu uğur həm universitetin elmi potensialının, həm də Azərbaycanın zəngin flora irsinin beynəlxalq elmi müstəvidə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, Farmakoqnoziya kafedrasının müdiri professor Cavanşir İsayev, assistentlər - Günay Cəfərova, Nilufər Səfərova, Vaqidə Məmmədova və doktorant Elvin Nağıyevin müəllifi olduqları “Traditional medicinal uses and ethnopharmacological significance of Alchemilla L. species in Azerbaijan” adlı məqalədə ölkəmizin fərqli ərazilərində yayılan “Alchemilla” (Şaxduran) cinsinə aid növlərin xalq təbabətində ənənəvi istifadəsi sistemli şəkildə araşdırılıb.

 

Azərbaycanın 5 müxtəlif geobotanik ərazisində aparılmış tədqiqat nəticəsində “Alchemilla” (Şaxduran) cinsinə aid 21 taksonu əhatə edən və yerli sakinlər tərəfindən xalq təbabətində istifadə edilən yabanı dərman bitkiləri elmi cəhətdən sənədləşdirilib. Müəyyən edilib ki, bu bölgələrdə yaşayan sakinlərin “Alchemilla” növlərindən müxtəlif xəstəliklərin müalicəsində ənənəvi istifadələri haqqında məlumatlar var. Tədqiqat bölgələrində “Alchemilla” növlərindən daha çox həzm sistemi (13 bitki növü), tənəffüs sistemi (6 bitki növü), qaraciyər (5 bitki növü) və ağız boşluğu xəstəliklərində (5 bitki növü) istifadə edildiyi aşkar edilib.

 

Bu etnofarmakoloji tədqiqat Azərbaycan xalq təbabətində formalaşmış ənənəvi biliklərin elmi əsaslarla öyrənilməsinin vacibliyini bir daha təsdiqləyir. Məqalədə eyni zamanda yabanı dərman bitkilərinin qorunması, onların biomüxtəliflik üçün əhəmiyyəti və təbii ehtiyatlardan davamlı istifadə prinsipləri ilə bağlı mühüm elmi nəticələr təqdim olunur.

 

Tədqiqat zamanı yerli icmalarla maarifləndirici görüşlər də keçirilib. Sakinlərə Azərbaycanın rəsmi qurumları tərəfindən mühafizə olunan “Alchemilla hyrcana (Buser) Juz.” və “Alchemilla grossheimii Juz.” növlərinin qorunmasının vacibliyi barədə ətraflı məlumat verilib. Bu təşəbbüs biomüxtəlifliyin mühafizəsi ilə yanaşı, xalq təbabətinin qiymətli irsinin və nadir dərman bitkilərinin gələcək nəsillər üçün qorunmasına xidmət edir.

 

Əldə olunan nəticələr gələcəkdə Farmakoqnoziya kafedrasının doktorantı Elvin Nağıyev tərəfindən Şaxduran cinsinə aid bitkilərin tərkibində olan bioloji fəal birləşmələri tədqiq etməsinə, onların bioloji fəallıqlarının və farmakoloji xassələrinin öyrənilməsinə, eləcə də xəstəliklərin müalicəsində istifadə oluna biləcək yeni fitovasitələrin işlənib hazırlanmasına zəmin yaradır.

 

Bu tədqiqat BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə də birbaşa töhfə verir. Xüsusilə DİM 3 – “Yaxşı sağlamlıq və rifah” çərçivəsində təbii mənşəli yeni müalicə vasitələrinin elmi əsaslarla araşdırılmasını dəstəkləyir, DİM 15 – “Quruda həyat” məqsədinə uyğun olaraq biomüxtəlifliyin və nadir dərman bitkilərinin mühafizəsinin vacibliyini ön plana çıxarır. Eyni zamanda ənənəvi biliklərin elmi dövriyyəyə gətirilməsi və innovativ fitofarmakoloji tədqiqatların təşviqi baxımından DİM 9 – “Sənaye, innovasiya və infrastruktur” məqsədlərinin həyata keçirilməsinə də töhfə verir

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
“Həkimlərimizi tanıyaq!
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib