İranda koronavirusdan ölənlərin sayı 44 mini ötüb
21.11.2020 18:41

Noyabrın 21-nə olan məlumata əsasən, İranda 12 min 931 nəfər koronavirusa yoluxub, 431 nəfər isə həyatını itirib.

 

Bu barədə məlumatı İran Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari verib. Bununla da İranda virusa yoluxanların ümumi sayı 841 min 308, bu virusdan ölənlərin sayı isə 44 min 327-yə çatıb.

 

Xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 5 min 778 nəfərin vəziyyəti ağır olaraq qalır. Müalicəsi uğurla bitən 596 min 136 nəfər isə sağalaraq evə buraxılıb.

 

Prezident Həsən Ruhani Koronavirusa Qarşı Mübarizə Komitəsində bildirib ki, ölkədə tətbiq edilən 2 həftəlik karantin rejimi yoluxma sayını azaltmasa bu tədbirlər davam edəcək.

 

Prezident karantin rejimi ilə əlaqədar əhalinin sosial vəziyyətinin də nəzərə alındığını deyib. Bildirib ki, 10 milyon ailəyə sosial yardım göstərilməsi haqqında qərar qəbul edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib