FDA ilk qeyri-statin PCSK9 tabletini təsdiqlədi - Hiperxolesterolemiyanın müalicəsində yeni mərhələ
23.07.2026 09:12

ABŞ-ın Qida və Dərman Administrasiyası (FDA) aşağı sıxlıqlı lipoprotein xolesterinin (LDL-xolesterin) səviyyəsini azaltmaq üçün ilk qeyri-statin, ağızdan qəbul olunan PCSK9 inhibitorunu təsdiqləyib. Preparatın heteroziqot ailəvi hiperxolesterolemiyası (HeFH) olan xəstələrdə istifadəsinə də icazə verilib.

Aztibb.az "Dr Data"ya istinadən yazır ki, bu günədək PCSK9 inhibitorları əsasən 6 ayda bir dəfə tətbiq olunan inyeksiya formasında istifadə edilirdi. Lipid pozğunluqlarının müalicəsində statinlərdən başqa bempedoik turşu və ezetimib kimi preparatlar da mövcuddur. III faza klinik tədqiqatlarında yeni preparat həmin dərmanlarla və onların kombinasiyası ilə müqayisə olunaraq qiymətləndirilib.

Enlicitide (Lipfydra, Merck) adlı preparat 20 mq dozada təqdim edilir. Dərmanın qəbulu zamanı 6–8 saatlıq aclıq tələb olunur və tablet qəbul edildikdən sonra 30 dəqiqə ərzində qida qəbul edilməməsi tövsiyə olunur.

24 həftə davam edən digər klinik tədqiqatda aterosklerotik ürək-damar xəstəliyi və ya heteroziqot ailəvi hiperxolesterolemiyası olan 3 207 pasiyent iştirak edib. Araşdırmanın nəticələrinə görə, preparat LDL-xolesterinin səviyyəsinin azaldılmasında 56–59% effektivlik nümayiş etdirib.

Yeni preparatın digər üstün cəhətlərindən biri onun böyrək çatışmazlığının bütün mərhələlərində istifadə oluna bilməsidir. Bu xüsusiyyət, xüsusilə böyrəklər vasitəsilə xaric olunan bəzi statinlərlə (əsasən rozuvastatin) müqayisədə mühüm üstünlük hesab olunur.

Uzun illərdir ki, hiperxolesterolemiyanın müalicəsində əsas seçim statinlər, xüsusilə rozuvastatin və daha az hallarda atorvastatin olub. Lakin son onillikdə yeni lipidazaldıcı preparat qruplarının meydana çıxması göstərir ki, xolesterinin müalicəsində yalnız statinlərə əsaslanan dövr tədricən dəyişməkdədir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır