Türkiyə kurortlarında Koksaki virusu iddiaları araşdırılır
22.07.2026 11:29

Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti (Rospotrebnadzor) rusiyalı turistlər arasında Koksaki virusuna yoluxma halları barədə yayılan məlumatlarla əlaqədar Türkiyənin Səhiyyə Nazirliyinə rəsmi sorğu göndərib.

 

Aztibb.az xəbər verir ki, bu barədə qurumun "Max" messencerindəki rəsmi kanalında məlumat verilib.

Sorğuya səbəb KİV-də dərc olunan xəbərlər olub. Həmin məlumatlarda Türkiyənin Belek kurortunda yerləşən IC Santai Family Resort otelində istirahət edən turistlər, o cümlədən uşaqlar arasında Koksaki virusuna yoluxma hallarının qeydə alındığı bildirilirdi.

Rusiya tərəfi Türkiyə Səhiyyə Nazirliyindən aparılan araşdırmanın rəsmi nəticələrini gözləyir. Eyni zamanda, ölkədə epidemioloji vəziyyətin pisləşməsi riskinin qiymətləndirilməsi də xahiş olunub.

Sorğu iki ölkə arasında sanitar-epidemioloji rifah sahəsində əməkdaşlığa dair qüvvədə olan memorandum çərçivəsində göndərilib. Həmin sənəd bu cür məlumatların qarşılıqlı mübadiləsini tənzimləyir.

Bununla yanaşı, analoji məktub Rusiya Turoperatorları Assosiasiyasına (ATOR) da ünvanlanıb. Turizm sektorunun nümayəndələrindən baş vermiş hadisə ilə bağlı ətraflı məlumat təqdim etmələri gözlənilir.

Koksaki virusu nədir?

Koksaki virusu enteroviruslar qrupuna aid, yüksək yoluxuculuğa malik RNT tərkibli virusdur. Daha çox uşaqlar arasında yayılır və əsasən mövsümi alovlanmalar şəklində müşahidə olunur.

Xəstəlik adətən yüksək hərarət, dəri səpgisi, ağız boşluğunda yaralar, əl və ayaqlarda səpkilər, həmçinin həzm pozğunluqları ilə özünü göstərir. Xüsusilə azyaşlı uşaqlarda xəstəlik daha ağır keçə bilər.

Virus iki əsas qrupa bölünür:

A tipi – herpangina və "əl-ayaq-ağız" xəstəliyinə səbəb olur;
B tipi – ürək, əzələlər və digər daxili orqanların zədələnməsi ilə müşayiət oluna bilər.

Koksaki virusu əsasən fekal-oral yolla, həmçinin yaxın təmas və tənəffüs ifrazatları vasitəsilə yayılır. Xəstəliyin spesifik antiviral müalicəsi yoxdur və müalicə əsasən simptomların yüngülləşdirilməsinə yönəlir.

Mütəxəssislərin sözlərinə görə, virusun ən ciddi fəsadları arasında seroz meningit və digər nevroloji ağırlaşmalar yer alır.

Hazırda Türkiyənin rəsmi qurumları kurort bölgələrində Koksaki virusuna yoluxma ilə bağlı statistik məlumat açıqlamayıb. Rusiya tərəfinin sorğusuna cavabın yaxın günlərdə təqdim ediləcəyi gözlənilir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev