İlk dəfə olaraq mağara divarlarında qədim insan DNT-si tapılıb
21.07.2026 16:01

Alimlər ilk dəfə olaraq mağara divarlarında qədim insan DNT-si tapıblar.

 

Aztibb.az www.sciencenews.org-a istinadla xəbər verir ki, qədim insanın DNT-si İspaniya və Portuqaliya boyunca tarixdən əvvəlki rəsmləri ilə tanınan mağaralarda, o cümlədən məşhur Altamira mağarasında aparılıb. Tədqiqatçılar bildiriblər ki, mağara rəsmlərindən və yaxınlıqdakı divarlardan tapılan DNT-nin azı 2000 yaşı var.

 

İspaniyanın Extremadura regional hökumətinin arxeoloqu Hipolito Kollado Giraldo bildirib ki, insan DNT-sinin min illər boyu mağara divarlarında qorunub saxlanıla biləcəyi barədə məlumat qədim sənətdə qadınların rolunu araşdıran, rəssamların hərəkətini izləyən və Neandertalların bədii qabiliyyətləri ilə bağlı müzakirələrə aydınlıq gətirən yeni tədqiqatlara imkan yarada bilər. “İnanıram ki, ümumilikdə arxeologiya elmi, xüsusən də qayaüstü incəsənət tədqiqatları üçün yeni və maraqlı bir mərhələ açılır”, - deyə o əlavə edib.

 

İbtidai mağaralardan insan DNT-si əldə etmək üçün əvvəlki cəhdlər sümüklər, çöküntülər və artefaktlarla məhdudlaşıb. Sənətkarlığın mənşəyini anlamağa çalışan “First Art” layihəsinin bir hissəsi olaraq, Kollado Giraldo və həmkarları 11 mağaradan 100-dən çox nümunə toplayıblar, onların yarısı rəsmlərdən, yarısı isə yaxınlıqdakı qayalardan götürülüb. Beş nümunə qədim insan DNT-si üçün müsbət nəticə verib. Təəccüblüdür ki, yalnız biri rəsmdən - Portuqaliyadakı Eskoural mağarasından, digər dörd nümunə isə İspaniyanın Kovaron mağarasındakı divarlardan götürülüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır