Qusarda Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin 13-cü Regional Konfransı keçirilib  
14.07.2026 16:43
TƏBİB və Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin dəstəyi, Qusar Rayon Mərkəzi Xəstəxanası və “OKİ Hospital”ın birgə təşkilatçılığı ilə Qusar rayonunun Heydər Əliyev Mərkəzində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin 13-cü Regional Konfransı keçirilib.
 
Qusar RMX-dan Aztibb.az-a verilən xəbərə görə, konfransdan əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin Qusar şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra Qusar Rayon Heydər Əliyev Mərkəzində keçirilən konfrans Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardınca isə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb.
 
Konfransda Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin sədri, professor Qurbanxan Müslümov, Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov, “OKİ Hospital”ın baş həkimi İlham Kərimov, Azərbaycan Tibb Universitetinin professor-müəllim heyəti, eləcə də respublikanın müxtəlif bölgələrindən olan həkim-mütəxəssislər iştirak ediblər.
 
Çıxış edənlər konfransın elmi-praktik əhəmiyyətindən bəhs edərək, belə tədbirlərin regionlarda keçirilməsinin tibbi bilik və təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verdiyini bildiriblər. Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Ceyhun Hacıyev elmi-praktik əhəmiyyət daşıyan konfransın Qusarda keçirilməsini rayon üçün əlamətdar hadisə kimi qiymətləndirib. Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin sədri, professor Qurbanxan Müslümov isə minimal invaziv cərrahiyyənin müasir tibbin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov Regional Konfransın artıq üçüncü dəfə Qusar rayonunda keçirilməsindən məmnunluğunu ifadə edib.
 
İki gün davam edən konfrans çərçivəsində minimal invaziv cərrahiyyənin aktual mövzularına həsr olunmuş elmi məruzələr təqdim edilib, müasir diaqnostika və cərrahi müalicə üsulları müzakirə olunub, iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb.
 
Konfransın əsas nəticələrindən biri kimi kəskin pankreatitin cərrahi müalicəsinə dair klinik protokol beynəlxalq təcrübə və müasir tibbi yanaşmalar əsasında yenilənərək tarixə "Qusar protokolu" adı ilə daxil olub. Bu sənəd minimal invaziv cərrahiyyə sahəsində elmi əməkdaşlığın gücləndirilməsi, klinik protokolların təkmilləşdirilməsi və regionlarda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində mühüm addım kimi qiymətləndirilib
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev