Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
15.07.2026 12:38

Azərbaycan Təlim və İnkişaf Mərkəzi (ATİM) və From Science To Health qrupunun birgə təşkilatçılığı ilə həyata keçirilən Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyası üzrə qeydiyyat elan olunub.

 

Bu barədə Aztibb.az-a ATİM-dən məlumat verilib.

Səhiyyə sahəsində çalışan rəhbər şəxslər və mütəxəssislər üçün nəzərdə tutulan proqramın əvvəlki iki sessiyası uğurla başa çatıb. Təşkilatçıların məlumatına görə, proqram iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və əldə olunan biliklər səhiyyə müəssisələrində idarəetmə proseslərinin təkmilləşdirilməsində praktik tətbiqini tapıb.

 

Ali Səhiyyə Menecmenti Akademiyası dövlət və özəl tibb müəssisələrində çalışan rəhbərlər, həkimlər, klinik menecerlər, orta tibb işçiləri, inzibati heyət və digər səhiyyə əməkdaşları üçün hazırlanmış peşəkar inkişaf proqramıdır. Akademiyanın əsas məqsədi iştirakçıların idarəetmə bacarıqlarını gücləndirmək, səhiyyə müəssisələrində səmərəliliyi artırmaq və müasir idarəetmə yanaşmalarını tətbiq etməkdir.

 

III sessiyanın modulları

 

Bu sessiyada proqram dörd əsas modul üzrə keçiriləcək:

* Modul 1 – Keyfiyyət Liderliyi
(Keyfiyyətin idarə olunması, akkreditasiya və pasiyent təhlükəsizliyi)
* Modul 2 – Ağıllı Təchizat, Səmərəli Maliyyə
(Satınalma, təchizat zəncirinin idarə olunması, maliyyə və resursların səmərəli idarə edilməsi)
* Modul 3 – Xidmət Strategiyası
(Marketinq, satış, pasiyent cəlbi və tibbi müəssisələrin brendinqi)
* Modul 4 – Rəqəmsal Səhiyyə
(Süni intellekt (AI), data analitikası və rəqəmsal transformasiya)

 

Təşkilatçılar bildirirlər ki, proqram nəzəri biliklərlə yanaşı, real klinik və idarəetmə situasiyalarının təhlili, yerli və beynəlxalq ekspertlərlə təcrübə mübadiləsi və praktik məşğələlər vasitəsilə iştirakçıların peşəkar inkişafını dəstəkləyir.

 

Əvvəlki sessiyaların məzunları idarəetmə proseslərinin optimallaşdırılması, komanda motivasiyasının artırılması, performansın qiymətləndirilməsi və strateji planlaşdırma istiqamətlərində əldə etdikləri bilikləri artıq öz fəaliyyətlərində tətbiq etdiklərini bildiriblər.

 

Proqram xəstəxana və klinika direktorları, baş həkimlər və onların müavinləri, həkimlər, klinik menecerlər, tibb bacıları, orta tibb işçiləri, tibb müəssisələrinin inzibati və icraçı heyəti, eləcə də səhiyyə sahəsində peşəkar inkişafını gücləndirmək istəyən digər mütəxəssislər üçün nəzərdə tutulub.

 

Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyası üzrə qeydiyyat artıq başlayıb. Səhiyyə idarəçiliyi sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, peşəkar şəbəkəsini genişləndirmək və müasir idarəetmə yanaşmalarını mənimsəmək istəyən mütəxəssislər proqrama müraciət edə bilərlər.

 

Əlaqə:

Email: atim.azerbaijan@gmail.com
info@atim.az

 +994 51 570 19 29
 +994 50 356 74 14

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər